Əmək haqqı: 1000-1200 AZN.
Vəzifə öhdəlikləri:
- Layihə üzrə təqdim edilən Forma 2 (icra sənədləri) sənədlərinin üzərindəki qeydlərə əsasən aşkar edilmiş uyğunsuzluqları mütəmadi olaraq izləmək və qeydiyyatını aparmaq;
- Uyğunsuzluq aşkar edilmiş sənədlər üzrə aidiyyəti subpodratçı nümayəndələri ilə telefon və ya digər rabitə vasitələri ilə əlaqə qurmaq;
- Subpodratçı tərəfə düzəlişlərin tələblərini aydın və dəqiq şəkildə izah etmək və izləmək;
- Düzəliş edilmiş sənədləri nəzarətə götürmək və yenidən yoxlanış üçün texniki komanda ilə əlaqələndirmək;
- Subpodratçılara sənəd dövriyyəsi qaydaları barədə zərurət olduqda izahat və təlimat vermək;
- Aşkarlanan və aradan qaldırılan uyğunsuzluqlara dair gündəlik/ həftəlik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Sənəd dövriyyəsində prosesin fasiləsizliyini və operativliyini təmin etmək üçün layihə komandası ilə sıx əməkdaşlıq etmək;
- Forma 2 sənədlərinin idarəolunması və arxivləşdirilməsi prosesində iştirak etmək;
- Layihələr üzrə subpodratçılarla bağlanmış müqavilələri toplamaq, aidiyyəti layihə qovluqlarına ayırmaq və arxiv sisteminə uyğun şəkildə təşkil etmək.
- Verilən tapşırıqları operativ və dəqiq icra etmək.
Namizədə tələblər:
- Ali təhsil;
- İnşaat sahəsində iş təcrübəsi;
- Kompüter bilikləri: Microsoft Office (Word, Excel, Power Point, Outlook), AutoCAD;
- Rus dili biliyi mütləq. İngilis dili üstünlükdür.
Əlavə məlumat:
İş yeri: Nardaran qəsəbəsi, Sea Breeze.
Qrafik: 5/2, 09:00-18:00
Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər:
e-mail: [email protected]
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb