19 Dekabr 00:09

SEO 2017

Məlumdur ki, axtarış sistemi bazarında Google əsas oyunçudur. Ortlama olaraq sizin saytınıza gələn trafikin 65%-i Google vasitəsilə olur. Və bunun da 60%-i mobil cihazlardan gəlir.
Ümumiyyətlə axtarışlar mobildən daha çox olur. Və bunu nəzərə alaraq Google ilk olaraq mobil index’lənmələrə üstünlük verəcəiyini açıqlamışdı. Gözlənilən idi. “Mobile-friendly” saytlar artıq heç vaxt olamayacaqları qədər dəyərlidir.Saytınız mobilə uyğun deyilsə, 2017-də əks-təsirini mütləq görəcəskiniz. Bu linkdən yoxlaya bilərsiniz.

seo-2017-ci-il

Təbbi ki, rəqabət daha da genişlənəck. İlk səhifədə olmaq hər kəsin arzusudur. 90% kliklərin ilk səhifədən gəldiyini düşünəndə bu normal haldır.

İlin son rübündə ölkədə SEO-ya təlabat həqiqətən artıb. Amma unutmayaq ki, etdiyiniz SEO addımlarını Google’u düşünərək də etməlisinz. Uyğunsuz SEO addımları nəticəsində saytımıza trafik gəlsə belə bu qısa müddətli ola bilər. Google öz alqoritmalarını tez-tez yeniləyir və bir gün siz də ona ilişəcəksiniz.????

Verdiyiniz və ya aldığınız backlinklərin əlaqəli olmasına diqqət edin. Əgər 3-4 veb saytınız varsa, amma kontentlər əlaqəsizsə linkləşməyin.))

Turbo.az ilə Tap.az arasında olan bu backlink sevgisi kimi.

seo2017

Və ya saytın səhifələrini spam açarsözlərlə doldurmayın.

Axtarış etdiyimiz zaman açılan səhifədə kontent yox, bəzən keçid reklamlar (pop-up) olur. Nə istifadəçi, nə də Google bunu sevmir. Qaçın bundan.
Buna “e-mail suggest”pəncərəsinibdə əlavə etmək olar. Rafiq bəy daxil, Neil Patelin bloqunda bu hal belə  var.???? Desktopdan noraml ola bilər, amma mobildən çox qıcıqlandırıcıdır.

ss
Əvəzində səhifənin yuxarısına “smart bar” əlavə edə bilərsiniz.

Çalışım Google Search Console dan istifadə edin və saytınızı Google’un gözü ilə görün.

Bu arada özüm üçün qısa eksperiment apardım və məlum oldu ki, axtarışlarımın 30%-ni mən Facebookda edirmişəm ))
seo
Nağıl dili yüyürək olar  🙂
Bir sözlə Facebook axtarış sistemi bazarında 2017-ci ildə Google’un başını ağrıdacaq. Xatırlayırsınızsa, Mark 2015-ci ildə günlük Facebook’da 1,5 milyard search olunduğunu bildirmişdi. Və 2 trilyon postun isə indeksləndiyini. İyul ayında növbəti açıqlamasında Zuk 2 milyard günlük axtarışın olduğunu qeyd etmişdi.
seo2107
Bir sözlə bir ilə 33% artış. Baxında indi.????
Daha ətraflı burdan oxuya bilərsiniz.

Bu arada Ə.D.V 18% ?!

SEO burda Facebook Ads və Google AdWords-dən seçilir..Google  75 milyardlıq (2015) gəlirinin 67 milyrad dollarını  AdWords’dən əldə edir. SEO-nu sevməməyi normaldır.
Müşfiq Şirəliyev
Bəyən və paylaş

Rəylər

rəy(lər)