29 İyul 16:01

SEO (qardaş məsləhəti)

2015-ci ildə Google’un 57.000 işçisi, 74 milyard usd gəliri, bazar dəyəri isə 373 milyard usd idi. Burdan Larry Page və Sergey Brin kimi iki Stanford tələbəsinə qibtə etməmək olmur.  Smartinsights-in infoqrafikasına əsasən 3 milyard insan, dünya əhalisinin 43%-i internetdən istifadə edir. “Shopping” kateqoriyasında dünya üzrə veb saytlara olan kliklərin 35.88 % birbaşa (direct) olarkən, 38,98 %-i isə axtarış sistemləri vasitəsi ilə (search) olur. 2016-cı ilin populyar digital kanalı social media olsa da (social media-paid ads), sosial platformalardan gələn trafik həcmi isə sadəcə 3,91 %-dir (populyar digital kanallar sırası ilə sosyal medya (paid ads), e-mail marketinq, onlayn PR, display advertising,  sosyal medya (orqanik), AdWords, SEO). İnfoqrafikada maraqlı gələn odur ki, şirkətləri 47%-i digital marketinq strategiyasına ehtiyaclarının olmadığını qeyd edirlər. Bizə yaxın yanaşma..:)
Əminəm ki, bizdə də bu tendensiya özünü göstərəck və SEO öz yerin alacaqdır.
SEO mövzusunda texniki mövzularda narahat olmamışdan əvvəl, həll etməli olunacaq ilk işlərdən biri təsirli mətn yazmaqdır.
Kontentinizin orijinal olduğuna əmin olun. Google kopya kontentlərə görə cəzalandırır və bu işlərdə qatıdır.
Düşüna ki, yadplanetli UFO Kürdəmirə enir. Və bu barədə azadliq.org yazır, daha sonra digərləri də bu məlumatı kopyalayıb paylaşır. Təbii ki, Google burda ilk indekslədiyini orijinal kontent olaraq qeyda alır, digərləri isə “fulfulo” olur. ? Bir şeyi də qeyd edim ki, siz ilk yazdınız, başqaları kopyaladı ( misal üçün Orxan Rzayev yazır,bizimyol.info isə kopyalayır. Bizimyol.info saytının rankı daha yüksək olduğundan botlar daha tez sayta baş çəkir. Və nəticədə ilk indekslənən Orxanın yazısı olmur.
Bir nümunə çəkim. Digital agentlik yazanda ilk mənim yazım çıxanlardandı.onceclick.az saytı ilə eyni gündə paylaşım etdim. Sadəcə lazimi tədbirlər gördüyümdən bol trafikli bu saytı qabaqlaya bilmişdim.
seo qardas mesleheti
Əgər kontentinizin orjinallığı 95%-in altındaysa yenidən yoxlayın.
Çünki sıralamada balınız düşə bilər. Copyscape kimi kopya kontent müəyyənləşdirən saytlarla yoxlayıb, xırda düzəlişlər edərək faiz dərcəsini artıra bilərsiniz.
Əgər kontentinizin orjinallığı 95%-in altındaysa yenidən yoxlayın. Çünki sıralamada balınız düşə bilər. Copyscape kimi kopya kontent müəyyənləşdirən saytlarla yoxlayıb, xırda düzəlişlər edərək faiz dərcəsini artıra bilərsiniz. Əgər kontentinizi hazırlayarkən başqa mənbədən faydalanmısınızsa bunun kopya kontent olmağının qarşısını almaq üçün həmin sayta link verə bilərsiniz. Ümumiyyətlə link vermək, VÖEN kimi bir şeydi. ))
Digər yanda kontentinizi hazırlayarkən əlaqəli səhifələrə sayt daxili link verməklə bərabər etibarlı mənbələrdən backlink almağınız da çox əhəmiyyətlidir. Amma bu backlink sizin kontentinizə və ya mövqeləndiyiniz sahəyə uyğun olmalıdır. Etibarlı mənbələrdən backlink almalısınız. Murat Erdorun verdiyi nümunəni dəyişib, uyğun bir misalla izzah edim. Deyək ki, Stephen Hawking elmi tezisin hazırlayərkən, bir mərhələdə bizim Artur Rəsizadəyə istinad edir. Dipnot verir. Bu Artur bəyə etibarlılığın artırır. Yaxşı-yaxşı, Artur olmasın Teymur Sadıxov olsun.:) Amma Hawking Cofeeshop Company haqqındakı son hadisələr barədə yazsa bu etibarsız sayılar.
Bir sölə çoxlu backlink almaqdansa sizin kontentinizlə bağlı backlin alın, bu Google botlarının gözündə sizə olan etibarı artıracaq.
Çox backlink almaq da saytı Sandbox-a sala bilər.
Ən çox edilən xətalardan biri saytla əlaqəsi olmayan açarsözlərə fokuslanmaqdır. İphone satışı yazdıqda Ali və Nino çıxması kimi. Zarafat edirəm, hələ ki, çıxımır.?
Çox webmaster-lər <title></title> sayt başlığını boş buraxırlar. Bu etiketin boş olması SEO baxımından neqativdir və axtarış sistemində çıxmaq üçün təqlər doldurulmalıdır.
seo-qardash-mesleheti

Hər xanıma bir sual

Feminist damarım tutub. Əgər yeni biznesə başlayan və ya online shopping ilə məşğul xanımlar varsa, SEO ilə bağlı suallarını [email protected]digitello.net ünvanına yollaya bilərlər. Cavablandırmağa şad olardım.:)
Bəyən və paylaş

Rəylər

rəy(lər)