9 May 23:31

Sərbəst araşdırmaçı olmaq üçün hansı proqramı bilmək lazımdır

Spss Nədir? Ne İşə Yarayır?

 Spss Proqramı Nədir?

SPSS ingilis dilində açılışı Statistical Package for the Social Sciences (Sosyal Elmlər Üçün Statistika Proqramı) olan və Sosyal Elmlər başda olmaqla Təhsil Elmləri, Tibb Elmləri və s. sahələrdə, bundan başqa müəssisə və təşkilatlar tərəfində Bazar araşdırması etmək məqsədi ilə də çox istifadə edilən bir kompyuter proqramıdır. Proqram Windows və Mac kompyuterlərində işləyir və Microsoft Excel proqramına bənzəyən bir görünüşünə malikdir.

Spss Proqramı Nə İşə Yarayır?

SPSS proqramı başda anket analizləri olmaqla tibb elmləri və elm sahələrində də əldə edilən bəzi nəticləri analiz edilməsi üçün istifadə edilir. Məlumatların rəqəmsal olaraq paylanmasının təyin edilməsində tezlik analizi istifadə edilir. Əldə edilən məlumatlara əsasən ortalama, standart, yayınma, mod, medyan kimi dəyərlərin hesablanmasında isə təsviri statsikalardan istifadə edilir.

Frekans analizi ilə təsviri statiskalar əsas analizlər olub, asanlıqla edilə bilir. Qarşılaşdırma ya da əlaqə analizləri parametrik və non parametrik adında iki qrup altında cəmlənir. Parametrik ya da non parametrik analizlərin istifadə edilib, edilməyəcəyi müəyyən kriteryalardan asılıdır. Bu kriteryaların başında məlumatların normal bölgüyə uyğun olub, olmaması və həmcins olub olmaması gəlir. Ancaq, qısa olaraq izah etsək: 1,2,1,3,1,2,2,3 formasında bir məlumat bazası normal bölgü göstərir, 1,6,2,1,8,2 formasında məlumat bazası isə normal bölgü göstərməz deyə bilərik. Sözün qısası normal bölgü/ hemcins, məlumat bazamızdakı məlumatların bir birlərinə nə qədər yaxın, ya da nə qədər uzaq olduğunu, bir başqa şəkildə desək nə qədər dağınıq olduğunu ifadə edir. Frekans və təsviri statistikalarla müqayisə etdikdə, parametrik testlər olar Independent t test (Sərbəst Nümunə t test),  ), One Way ANOVA (Bir istiqamətli analiz) və bunların non parametrik qarşılığı olan Mann Whitney U testi ile Kruskal Wallis H testi isə qismən də olsa mütəxəssis olmaq lazımdır. Bu analizlər 2 və ya daha çox qrupa aid olan ortalamaların/sıra ortalamalarının müqayisə edilməsi üçün istifadə edilir. Müqayisə analizlərinə əlavə olaraq reqresiya və korelasya kimi əlaqə analizləri də SPSS proqramında edilə bilir. Reqresya analizləri sadəcə normal bölgü göstərən məlumatlara tətbiq edilərkən, korelasyon analizi həm normal bölgü göstərən, həm də normal bölgü göstərməyən məlumatlara tətbiq edilə bilir.

 

Diqqət edilməsi lazım olan vacib məqamlar.

SPSS analizləri edərkən ən çox edilən xəta ənənəvi yanaşmadır. Kobud bir şəkildə desək “mənim müəllimim belə edirdi, ona görə də mən də belə etməliyəm” ifadəsi ənənəvi bir yanaşmadır. Analizlərdə vacib olan kimin hansı formada analiz etdiyi deyil, kriteryaların təmin edilib, edilməməsidir. SPSS proqramında hansı analizlərin ediləcəyi işlərə başlamadan əvvəl planlanmalı və iş zamanı bu istiqamətdə hərəkət edilməlidir. Əməliyyatdan sonra da hansı analizlərin ediləcəyini müqayisə etməyə çalışmaq olduqca riskli bir vəziyyətdir və edilən bütün ölçmələrin  boşa çıxmasına səbəb ola bilər. Bu səbəbdən SPSS ya da bir başqa analiz proqramı istifadə ediləcəksə, analizə başlamadan əvvəl bir mütəxəssislə məsləhətləşmək lazımdır.

 

Gələcəkdə sərbəst araşdırmacı olmaq , SPSS öyrənmək istəyənlər üçün “Marketinq Araşdırmalarında İstehlakçı sorğularının keçirilməsi” adlı kurslarımız var.

Bəyən və paylaş

Rəylər

rəy(lər)