5 İyun 10:02

“Sərgilərin təşkili” ustad dərsi

Sərgilərin təşkilinə maraq göstərənlər üçün elan
Ustad dərsi: “Sərgilərin təşkili”
Mühazirəçi: memar, kurator və tənqidçi Tibo de Rüyter (Fransa)

Ərizələrin qəbulu üçün son tarix: 13 iyun, 00:00
Tədbirin tarixləri: 18 – 22 iyun, 10:00-18:00

ARTIM Layihə Məkanı, sərgilərin təşkili ilə maraqlanan şəxsləri Berlində yaşayıb-yaradan kurator Tibo de Rüyter tərəfindən keçiriləcək ustad dərsində iştirak etməyə dəvət edir. Nəticələrin təqdimatı daxil olmaqla, tədbirin ümumi sürəkliyi 5 gün təşkil edəcək. Ustad dərslər Bakı Höte İnstitutunun dəstəyi ilə təşkil olunur.

Bu tədbir, müxtəlif məkanlar, ələlxüsus sərgi məkanların (özəl qalereyalardan muzeylərə və qeyri-ənənəvi yerlərə qədər) öyrənilməsi üçün memarlar tərəfindən tətbiq edilən praktiki və gündəlik vasitələrin (modellərin hazırlanması, planlar, sadə qrafik təsvirlər, lüğət və s.) öyrənilməsinə əsaslanır.
Həmin alətlərin öyrənilməsi, tələbələr ilə birlikdə “sərgilərin təşkili” mövzusunu həm nəzəri, həm də praktiki səviyyədə (konsepsiyadan press-relizlərə, qrafik dizayn işlərindən səhnə quruluşuna qədər) müzakirə etmək üçün bir səbəbdir. Tələbələr çox sadə modellərin necə hazırlandığını və sonradan onları öz layihələri müəyyən məkan çərçivəsində potensial sərgi üçün necə tətbiq edildiyini öyrənəcəklər. Ustad dərsin bu mərhələsində, öz potensial maraqlarını həyata keçirmək üçün, tələbələr sərbəst buraxılır. Sonda müxtəlif sərgilər (fərdi və ya qrup sərgiləri, müasir incəsənət, tətbiqi incəsənət, bioqrafik və ya tarixi sərgi) işlənib hazırlanacaq və qrup daxilində təqdim ediləcək.

Bu kurs, sərgiyə maraq göstərən hər kəs (rəssamlar, kuratorlar, memarlar, tarixçilər, dizaynerlər, tənqidçilər və s.) üçün nəzərdə tutulub. Kurator kimi əvvəlki təcrübənin olması tələb olunmur.

Tibo de Rüyter haqqında
Tibo de Rüyter, 2001-ci ildən Berlində yaşayan və fəaliyyət göstərən fransız memarı, kuratoru və tənqidçisidir. Son 10 il ərzində, o, Frankfurt-Maynda yerləşən Dekorativ Tətbiqi İncəsənət Muzeyi, Dortmundda yerləşən HMKV, EIGEN + ART Lab və CTM (Berlin), Təsviri İncəsənət Muzeyi (Lodz, Polşa) və CRP (Duşi le Min, Fransa) kimi məkanlarda sərgilər təşkil edib. Onun ən son layihələrindən biri Şərqi Avropa və Orta Asiyadakı Höte İnstitutunun səyyar sərgisidir. Bu sərgi, keçmiş Sovet İttifaqı ölkələrində Asiya və Avropa arasında sərhədləri təyin edir. Onun maraq göstərdiyi sahələr yeni mediadan spiritizmə və “sərgi olmayan sərgilərə” qədərə dəyişir. Onun layihələrinin əksəriyyəti gündəlik həyat, pop və anderqraund mədəniyyəti ilə bağlıdır. 2007-ci ildən AICA-Fransanın üzvüdür.

Ərizələrin qəbulu
Zəhmət olmasa, öz CV-nizi (telefon nömrənizi göstərməklə) və portfolionuzu 13 iyun tarixinə qədər [email protected] ünvanına göndərin. Əlavə suallarınız olarsa, zəhmət olmasa [email protected] elektron poçtu və ya +99412 505 1414 telefon nömrəsi ilə bizimlə əlaqə saxlayın.

Bəyən və paylaş

Rəylər

rəy(lər)