Şənbə, 23 Avqust, 2025

Şərqşünaslıq İnstitutu Beynəlxalq Yunus Əmrə Simpoziumu keçirəcək


  • Dərc edildi: 24 İyun, 2021 - 13:32
Şərqşünaslıq İnstitutu Beynəlxalq Yunus Əmrə Simpoziumu keçirəcək

Şərqşünaslıq İnstitutu Beynəlxalq Yunus Əmrə Simpoziumu keçirəcək

Görkəmli türk şairi Yunus Əmrənin vəfatının 700-cü ildönümü münasibətilə 2021-ci il UNESCO tərəfindən “Yunus Əmrə İli” elan edilib. Bu münasibətlə AMEA-nınakademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Mehmet Akif Ərsoy Vəqfi ilə birgə iyulun 16-da Beynəlxalq Yunus Əmrə Simpoziumu keçirəcək. Beynəlxalq simpoziuma məruzələrin tezisləri “Yaşadığı dövrdən günümüzə Yunus Əmrə təsiri”, “Dünya ədəbiyyatında Yunus Əmrə”, “Yunus Əmrənin türk ədəbiyyatında yeri və önəmi”, “Türk yazı dilinin formalaşmasında Yunus Əmrənin rolu”, “Türk mədəniyyəti və Yunus Əmrə”, “Yunus Əmrə və təsəvvüf ədəbiyyatı”, “Yunus Əmrə və dil (dilçilik)”, “Yunus Əmrə və musiqi” mövzuları üzrə qəbul edilir. Simpoziumaməruzələrin tezisləri iyunun 26-dək qəbul edilir. İyunun 30-da qəbul edilən xülasələr elan ediləcək. Məruzələrin tam mətni isə çap olunmaq üçün avqustun 15-nə kimi [email protected] ünvanına göndərilməlidir. Simpoziuma məruzələr Azərbaycan, türk, rus və ingilis dillərində qəbul edilir. Məruzələrin qəbulu ilə bağlı qaydalar Şərqşünaslıq İnstitutunun orientalstudies.az ünvanında dərc edilib.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 408
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 83
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7290
Sumqayıt Dövlət Univ...