SƏTƏM üzrə mütəxəssis vakansiyası

Vəzifə: SƏTƏM ÜZRƏ MÜTƏXƏSSİS
Şirkət: “AZENCO” ASC
Elanın son tarixi: 21.12.2020
İş yeri: QARABAĞ REGİONUNUN RAYONLARI
Əmək haqqı aralığı: 1000-1200 Azn
İş qrafiki: HƏFTƏ İÇİ 6 GÜNLÜK

Vəzifə öhdəlikləri:

• İş prosesində yarana biləcək təhlükəli iş şəraitinin qarşısının alınması məqsədi ilə müvafiq təhlükəsizlik tədbirlərin həyata keçirilməsi, təhlükəsizlik prinsiplərini və texnologiyalarını tədbiq edərək səhhətin, əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması üzrə prosedura və qaydalarının hazırlanması və proqramlarının planlalaşdırılması, həyata keçirilməsi və təhlükəsizlik işlərinin koordinasiya edilməsi;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitariya işlərinin təşkil edilməsi;
• İş yerlərində nizam-intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyenaya şirkətdaxili prosedura və qaydalar çərçivəsində riayət olunmasına nəzarət edilməsi;
• İstehsalat zədələri və peşə xəstəliklərin səbəblərinin müəyyən edilməsi, iş aktların və digər aidiyatı hesabatların və sənədləşmələrin hazırlanması, hadisələrin qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onların təftiş və təhlil edilməsi, mütamadi hesabatların hazırlanıb, rəhbərliyə çatdırılması;
• İş şəraiti, avadanlıqlar, işin təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunun təmin edilməsi məqsədi ilə mütamadi yoxlamalar və ya qiymətləndirilmələrin aparılması;
• İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini araşdırmaq və bu kimi hallar olduğu təqdirdə iş prosesinin saxlatdırılması ilə bağlı tədbirlər planın hazırlanması və icrası;
• Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq, və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək.

Namizədə olan tələblər:

• Ali təhsil (Tenxniki və mühəndislik ixtisaslarına üstünlük verilir, lakin mütləq deyil);
• SƏTƏM sahəsində minimum 2 il iş təcrübəsi. Texniki sahədə iş təcrübəsi üstünlükdür;
• Tikinti-inşaat, istehsalat texnologiyasının əsaslarını yaxından bilməlidir;
• Sürücülük vəsiqəsi və mexaniki sürətlər qutusuna malik avtomobili idarəetmə bacarığı;
• SƏTƏM proseslərini əhatə edən sertifikasiya (hündürlükdə iş, elektrik təhlükəsizliyi, insidentlərin araşdırılması və s.);
• İSO 14001, İSO 45001/OHSAS 18001 standartlarının əsas prinsiplərini bilməlidir;
• SƏTƏM-ə aid yerli qanunvericiliyin tələblərini bilməlidir;
• Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olmalıdır. (Rus və ingilis dillərini bilənlərə üstünlük verilir, lakin mütləq deyil);
• Microsoft Office, Outlook proqramlarında işləmək bacarığı;
• Mühitə tez uyğunlaşan, komandada işləmə qabiliyyəti, dəqiq, məsuliyyətli olmalıdır;
• Stres altında işləməyi bacarmalıdır;
• Nizam-intizamlı, yüksək ünsiyyət qabiliyyətli olmalıdır.

Zəhmət olmasa, CV-nizi mövzu yerində “SƏTƏM üzrə mütəxəssis” vəzifəsini qeyd etməklə, [email protected] elektron poçtuna göndərin.

AZENCO ASC ölkənin aparıcı enerji tikinti, dizayn və mühəndislik şirkətidir. İnşaat, quraşdırma, təmir və tənzimləmə şirkətin əsas profilidir. Ən müasir tədqiqat qurğuları ilə təchiz olunmuş laboratoriyası AZENCO ASC-yə yüksək keyfiyyətli geoloji tədqiqatlar aparmağa imkan verir. 1500-dən çox xüsusi texnika, avadanlıq və nəqliyyat vasitəsi ilə AZENCO ASC Azərbaycanda əsas enerji təchizatı sənayesi layihələri üçün müqavilə bağlamışdır.

Bir cavab yazın

Back to top button