7 Mart 08:31

Şəxsiyyət Tipləri

Karyeranızı hansı istiqamətdə quracağınızı bilmirsiniz ? İstəkləriniz, bacarıqlarınız və peşəniz üst-üstə düşmürsə bu sizin inkişafınıza da mane olacaqdır. Gənclərin İnkişaf və Karyera Mərkəzi və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə “Şəxsiyyət Tipləri”nin təyini ilə bağlı təlim keçirəcəkdir. Siz bu təlimdən sonra özünüzü aid olduğunuz yerdə tapa, həmçinin ətrafa daha yaxşı təsir etmə gücünə sahib olacaqsınız. Təlimçi Elnarə Cavadova bu istiqamətdə iştirakçılarla müzakirələr və fərqli analizlər keçirəcəkdir.

Maraqlı məlumatlar əldə etmək, öz şəxsi psixologiyanızla bağlı müəyyən suallara cavab tapmaq istəyirsinizsə sizi qeydiyyatdan keçməyə dəvət edirik.

Alt başlıqlar:

– “Mən konsepsiyası”, “Mən obrazlar”;
– Sinir sisteminə əsasən şəxsiyyət tipləri;

– Xarakterlə bağlı şəxsiyyət tipləri;
– “CoQarri” pəncərəsi;
– Şəxsiyyət tipləri və peşə seçimi arasında əlaqə.

Metodikalar:

– “Mən kiməm” metodikası;
– Həndəsi fiqurlarla xarakter xüsusiyyətlərinin təyini;
– Temperament tiplərinin təyini ilə bağlı metodika;
– Qrup müzakirəsi.

Tarix: 10 mart
Saat: 11:00 – 13:00

Qeydiyyat üçün son tarix: 9 Mart, Saat: 15:00 – https://bit.ly/2UmolBh

Daha ətraflı:

📞 (+994) 70 440 51 43
(+994) 12 440 51 43
📍Nəsimi r., Kaveroçkin küç. 30 (Amerika Səfirliyi ilə üzbəüz)

Bəyən və paylaş

Rəylər

rəy(lər)