15 May 14:46

Səyahət Kuryeri vakansiyası

Səyahət Kuryeri.

Hamı onu sənədləri daşıyan kuryer kimi tanıyırdı. Amma yalnız özü bilirdi ki, o sevgi daşıyır. Yalnız özü başa düşürdü ki, bir çox insanların xaricdə təhsili, bəzilərinin ən unudulmaz səyahət xatirələrinin yazılması, önəmli iş görüşmələri, bəzi sevgilərin, bal aylarının ideal olması məhz ondan asılı idi. Sənədlərin müştəridən alınıb səfirliyə çatdırılmasına kimi cavabdeh bir yolu o qət edirdi. Çünki o Vizam.az-da Səyahət Kuryeri vəzifəsində çalışırdı. Birçox müştərilər məhz onu Vizam.az-ın siması kimi tanıyırdı. İngilis, rus dilini yaxşı bilməsə də cavabdeh idi. Ona tapşırılan hər işə sevgi ilə yanaşırdı. Təhvil verilən hər sənədi, hər pasportu Droqonun Deynerisi qoruduğu kimi qoruyurdu. Həftə içi 5 gün 9-6 işləyirdi. 300 AZN maaş və işlərdən asılı olaraq əlavə bonus alırdı.

Əgər bu hekayənin içində özünüzü və ya hər hansı yaxınınızı, tanışınızı görürsünüzsə, zəhmət olmasa, həmin şəxsi bizə də tanıdın. 31 May 2019-cu il tarixinə kimi “Travel Courier Edumap.az” başlığı ilə [email protected] email ünvanına CV göndərməsi kifayətdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)