12 Noyabr 11:50

Səyahəti sevən Tərcüməçi-Redaktor axtarılır

Pickvisa.com startapımızda çalışacaq səyahəti sevən Tərcüməçi-Redaktor axtarışındayıq. 🧐

Biz kimi axtarmırıq:

– Azı 3 ölkədə olmayanları axtarmırıq. SSRİ sayılmır.
– Google Maps ilə gəzib, Google Translate ilə tərcümə edəni də axtarmırıq. 

– CV-sində Microsoft Word proqramına bilik səviyyəsini “ƏLA!” qeyd edib, “Track Changes” funksiyasını bilməyənləri də axtarmırıq.
– Cuba-nı Quba kimi tərcümə edəni 100% axtarmırıq. 🇨🇺
– Səyahət Bloqlarını oxuduqda “Mən də birgün orada olacam!” deməyənləri də komandamızda görmək istəmirik.
– CV-sinin adı “Bu CV moruq.az-da yığılıb.doc” olanlar da bizlik deyil.
– “Roma is a captal of Spain and very it is very historic sity.” cümləsindəki 8 səhvi tapmayan mütəxəssisləri də axtarmırıq. 🇮🇹

Görəcəyi işlər:

– Saytın Bloq bölməsində yer alan bloqları Azərbaycan dilindən İngilis dilinə və ya əksinə tərcümə etmək;
– Saytda yer alan tərcümələri professional redaktə etmək;
– Məqalələrdə olan cümlələrin axıcılığını təmin etmək;
– Viza prosesinqlərində ehtiyac duyulan tərcümələr və notarial imzanın təminatı;
– Tərcümə və redaktə ilə bağlı digər əlaqəli işlər.

Tələblər:

– Yazılı Azərbaycan və İngilis dillərini səlis bilməsi;
– Bloq, məqalə tərcümələrində ədəbi tərcümə təcrübəsinin olması;
– Səyahət təcrübəsi və pasportunda olan vizalar əlavə üstünlükdür;
– Rus dili əlavə üstünlükdür:

İş həftənin 5 günü, 9-6, Full-Time olacaq. Əmək haqqı təcrübədən asılı olaraq net 700-1000 AZN arası olacaq. Maraqlananlar Qısa İstək məktubları ilə birgə öz CV-lərini [email protected] email ünvanına “Traveler Translator Edumapaz” başlığı ilə 30 Noyabr tarixinədək göndərə bilərlər.

Bəyən və paylaş