“Səyyar Aqro Məktəb” layihəsinə qeydiyyat başladı

“Aqrar İnkişaf Könüllüləri” təşkilatının təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Səyyar Aqro Məktəb” layihəsi start götürür.

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı DAİM gənclərin inkişafı naminə çalışır. “Səyyar Aqro Məktəbi”nin əsas məqsədi gənclərin məlumatlandırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi hesab olunur.

Layihə Zaqatala, Şəki, Qax, Balakən və Şamaxı rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Layihə 2 mərhələdə – interaktiv təlimlər və bukletlərin paylanılması üzrə həyata keçirilməsi planlaşdırılır. Birinci mərhələdə regioların spesifik təsərrüfat sahələri üzrə 300 gəncə təlimlər keçiriləcək. Mütəxəssislər tərəfindən təsərrüfatların yaradılması, idarəedilməsi və gələcəkdə inkişaf etdirilməsi, aqrar təhsilin önəmliyi və imkanlar haqqında geniş məlumat veriləcək.

Təlimlər onlayn formatda təşkil olunacaq və təlimçilər sahə şəraitində onlayn təlimlərlə gənclərin qarşısında çıxış edəcəklər.

Qeydiyyat üçün keçid: https://bit.ly/3gLT2de

Bir cavab yazın

Back to top button