2 Mart 20:04

Səyyar sərgi: “Yenə o bağ olaydı”. Xaçmaz

YARAT Müasir İncəsənət Məkanı Xaçmaz rayonunda Ağababa Bağırov, Etibar İsmayılov, Günay Əliyeva, Mousa Bəyzadə, Nəzrin Məmmədova, Vüsalə Ağarazıyeva və Leyli Qafarovanın əsərlərindən ibarət “Yenə o bağ olaydı” səyyar sərgisini təqdim edir.

5 Mart – 5 İyun
Açılış: 5 Mart, 15:00

Giriş sərbəstdir

YARAT Müasir İncəsənət Məkanı tanınmış italyan rəssamı Mikelancelo Pistolettonun və yetişməkdə olan yerli rəssamların əsərləri ilə “Yenə o bağ olaydı” səyyar sərgisini təqdim edir. Bu sərgi, Mikelancelo Pistoletto tərəfindən yaradılan “Üçüncü Cənnət” nəzəriyyəsini müzakirə edən “CITTADELLARTE Fondazione Pistoletto” fondunun (Biella Italy) rəhbəri Paolo Naldini tərəfindən keçirilən seminarın nəticəsidir. Bu nəzəriyyə təbiət və incəsənətin iki qütbü arasında dünya miqyasında mövcud olan qarşıdurmanı aradan qaldırmaq istəyir, texnologiya və təbiət arasında ahəngdarlıqla öz mühiti üçün məsuliyyət daşıyan yeni insanlıq yaratmağı hədəfləyir.

Azərbaycan dilindəki “Bağ” sözünün mənşəyi fars dilindəki Bāgh (Farsca:باغ ‎) sözündən qaynaqlanır və təbiətin vəhşiliyi istisna edilməklə insana məhrəmlik və təhlükəsizlik bəxş edən qapalı əkilib-becərilən bir guşə deməkdir. Sərgi öz adını Mikayıl Müşfiqin bağdan sevginin, sülhün, azadlığın və xoşbəxtliyin arzulanan və nostalji məkan kimi bəhs edildiyi ən məşhur şeirlərindən birindən götürüb. Özündə tanınmış italyan rəssamı Mikelancelo Pistolettonun və texnologiya, təbiət və bəşəriyyət arasında cənnət və harmoniya konsepsiyalarına sahib yetişməkdə olan Azərbaycan rəssamlarının əsərlərini bir araya gətirən bu sərgi, araşdırma, təxəyyül, özünü əks, eləcə də sosial əks məkanına çevrilir.

Sərgi özündə instalyasiyada güzgü gölməçəsi ilə təmsil olunan daxili mənin labirintdə axtarışına aparan Mikelancelo Pistoletto labirintini ehtiva edir. Labirintin forması araşdırma və fərdi səyahət üçün uzun müddət metafora kimi istifadə edilmişdir.

Bu buraxılış üçün rəssam Ağababa Bağırov “Üçüncü cənnət” simovolunu skan edərkən yağ lampasının hekayəsini əks etdirən artırılmış reallıq əsəri “Keçid”-i yaratmışdır. Yağ lampasından elektrik enerjisinin kəsilməsini kompensasiya etmək məqsədi ilə bölgələrdə tez-tez istifadə olunub. Rəssam bu hekayəni texnoloji tərəqqi çox tez və sosial şərtləri nəzərə almadan baş verdikdə nəsillərarası qarşıdurmaların təsviri üçün başlanğıc nöqtəsi kimi götürür. Ziyarətçi özünü sərgi məkanının arxa hissəsində gənc Azərbaycan rəssamlarının digər əsərləri və onların “Üçüncü cənnət”-lə bağlı interpretasiyaları arasında tapır.

Rəssam Etibar İsmayılov şifrələnmiş dildə istifadə qaydalarına dair təlimatla “dilək quyusu” yaradıb. Mətnin üslubu insan beyninin möhtəşəm qüdrətinə istinad edir və rəssamın “mümkün olmayan heç nə yoxdur” inancını davam etdirməyə yönəlmiş cəsarətini ifadə edir.

Günay Əliyevanın əsəri rəssamın həyatına İosif Brodskinin məşhur “bizim yaratdıqlarımız, etiraflarımızdan daha çox bizim haqqımızda danışır” kəlamından ilhamlanan qəbz formasında nəzər salır.

Mousa Bəyzadə, sağlamlıq texnologiyalarının bəşəriyyətin ayrılmaz hissəsinə necə çevrildiyini göstərməklə “Üçüncü cənnət” ideyası yanaşması üçün kağız kəsimi üsulundan istifadə edir. Bu əsər sağlamlıq problemlərinin zəruri kompensasiyası və insanın məhdudiyyətsiz ideallaşdırılması cəhdinə aid risk arasındakı incə xətti araşdırır.

Nəzrin Məmmədovanın zamanlı, fənlərarası və sinxron əsəri texnologiyanın, dizaynın və təbiətin kəsişməsində mövcuddur. Əvvəlcədən yazılmış səs mühitləri dağlarla əks-səda və rezonans verərək, yenidən çoxlaylı teksturalar, ritmlər və tezliklərə malik dolğun səs təəssüratları yaradaraq öz orijinal mühitlərinə qaytarılıb.

Vüsalə Ağarazıyevanın əsəri bir tərəfdən həyatımızı daha rahat edən, digər tərəfdən təbiəti istismar etmək təhlükəsi yaradan yüksək texnoloji xüsusiyyətlərə doğru əsaslandırılmış münasibətin vacibliyini təqdim edir. Rəssamın balansı tərəzinin bir gözündə kiçik elektron cihazlar, digər gözündə isə torpaqdan ibarət bu konsepsiyanı vizuallaşdırır.

Leyli Qafarovanın “Qılman” (Farsca: yaraşıqlı, gənc, saqqalsız cənnət kişiləri) adlı multimedia layihəsi, hollandiyalı filosof Mixael Lizinberqin aktiv, siyasi və ya inqilabi zorakılıqla deyil, əksinə, öz sehri, təmkinliyi, passivliyi və tolerantlığı ilə təmsil edilən İslam dünyasının “sakit qüvvəsindən” bəhs edən nəzəriyyəsinə istinad edir.

Sərgi Ruslan Abbasov, Günel Axundlu, Rəna Bəşirova, Timo Herbst, Orxan Hüseynov, Merzedes Sturm-Lie və Fərid Rəsulovun əsərlərini özündə ehtiva edən video skrininq proqramı ilə müşayiət olunur.

YARAT səyyar sərgi çərçivəsində Nargis Jurnalının Çeşidləmə Layihəsi – 2019-la (Recycle Project) birgə əməkdaşlıq nəticəsində Rəşad Ələkbərovun “Yenidən istifadə et. Azalt. Çeşidlə.” (“Reuse. Reduce. Recycle.”) instalyasiyasını özündə əks etdirən ictimai incəsənət proqramını təqdim edir.

Sərgi Xaçmaz Şəhər İcra Hakimiyyətinin və Mədəniyyət Nazirliyinin nəzdindəki Xaçmaz Dövlət Qalereyasının dəstəyi ilə birgə həyata keçirilir.

Xaçmaz Dövlət Qalereyası
İş saatları: Bazar ertəsi – Cümə (09:00-18:00), Şənbə (09:00-15:00)
Ünvan: Xaçmaz rayonu, H.Əliyev prospekti 2, Şəxsiyyətlər Parkı

Media məlumatları və təsvirlər üçün əlaqə:
Hökümə Kərimova
Tel: +994 50 274 67 44
E-poçt: [email protected]

Bəyən və paylaş