SGEkönüllüsü olmaq üçün fürsət

#SGEkönüllüsü olmaq üçün sizə V fürsəti yaratdıq❗

“Könüllülər ili” çərçivəsində növbəti könüllülük proqramına qeydiyyatı açıq elan edirik

 

 

Biz gəncləri könüllü hərəkatının bir parçası olmağa, öz inkişafını Sabunçu Gənclər Evindən və peşəkar komanda ilə başlamağa dəvət edirik

 

Sabunçu Gənclər Evi Könüllülər üçün bu imkanları yaradır:

Peşəkar və uğurlu komandanın bir parçası olmaq;

Müqaviləli əsaslarla onlayn səmərəli könüllülük fəaliyyəti;

Uğurlu karyera imkanı;

Yerli və beynəlxalq layihələrdə onlayn iştirak imkanı;

Şəxsi inkişaf və təcrübə;

İntellektual və əyləncəli dostlar;

Könüllü fəaliyyəti təsdiq edən müqavilə;

 

Şəxsi inkişaf və təcrübə istiqamətləri:

Layihələrin onlayn idarəedilməsi;

İctimaiyyətlə Əlaqələr və SMM;

Foto və videoqrafiya;

Gənclərlə onlayn iş;

Onlayn təlimçilik bacarıqları;

İnformasiya texnologiyaları.

 

Qeyd: Könüllülük fəaliyyəti müqaviləli əsaslarla aparılır.

3 ay davam edən könüllülük proqramının sonunda xasiyyətnamə və ikili sertifikat verilir

 

Qeyd: Yaş limiti – 18-29

 

Qeydiyyat linki : shorturl.at/apBQY

 

Son müraciət tarixi:   10 sentyabr

 

Bizə qoşul və könlünü #RƏNGLƏNDİR

 

Qeyd edək ki, Sabunçu Gənclər Evi – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən gənclərin müxtəlif layihə və xidmətlərlə fərdi inkişafına, onların müxtəlif sağlam bilik və vərdişlərə yiyələnməsi, asudə vaxtlarının səmərəli təşkili, yerli və beynəlxalq təmsilçiliyinə, onların ideya və təşəbbüslərinin reallaşdırılmasına nail olmaq məqsədilə fəaliyyət göstərən sosial xidmət müəssəsidir

 

Əlavə suallarınız yarandığı halda aşağıdakı əlaqə nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

Sabunçu Gənclər evi

(012) 425 60 21 / (050) 855 07 00

 

 

 

Bir cavab yazın

Back to top button