1 Noyabr 18:17

“Sığorta və Sığorta mədəniyyəti” təlimi

Hörmətli DİA TƏLƏBƏLƏRİ!

“PAŞA Həyat Sığorta” şirkəti tərəfindən 4, 5, 6 noyabr tarixlərində “Sığorta və Sığorta mədəniyyəti” mövzusunda təlim keçiriləcəkdir. DİA Biznes Klubunun təşkilati dəstəyi ilə baş tutacaq təlimdə iştirak edən tələbələr ağağıda qeyd olunan mövzular haqqında ətraflı məlumat əldə edəcəklər.

Təlimin proqramı:

1.Bölmə: Sığorta haqqında ümumi məlumat
2.Bölmə: Sığortanın normativ bazası
3.Bölmə: Sığorta müqaviləsi
4.Bölmə: Sığorta riskləri
5.Bölmə: Təkrarsığorta
6.Bölmə: Sığorta şirkətinin korporativ strukturu
7.Bölmə: Dünya sığorta bazarının vəziyyəti
8.Bölmə: Yerli sığorta bazarının vəziyyəti

Təlim “PAŞA Həyat Sığorta” şirkətinin Layihələrin İdarə olunması üzrə meneceri, tanınmış təlimçi Pərviz Quliyev tərəfindən keçiriləcəkdir. Pərviz Quliyev haqqında ətraflı məlumat:
BBA-Sankt Peterburq Maliyyə İqtisad Universiteti, MBA-University of East London. 9 ilə yaxın Mərkəzi Bankda müxtəlif vəzifələrdə çalışmış, 2007-2011-ci illərdə AXA MBASK sığorta şirkətində Daxili Audit bölməsinin rəhbəri, 2011-2012-ci illərdə Unibankda Daxili Audit Meneceri, 2012-2015-ci illərdə “PAŞA Həyat Sığorta” şirkətində Risklərin İdarə olunması üzrə menecer vəzifəsində çalışmışdır. 2015-ci ildən “PAŞA Həyat Sığorta” şirkətində Layihələrin İdarə olunması üzrə menecer vəzifəsində çalışır. Eyni zamanda Bank Tədris Mərkəzinin ekspertidir.

Təlimdə yalnız 30 tələbə iştirak edə bilər. Seçim online müraciət əsasında aparılacaq. Seçilmiş tələbələrə məlumat veriləcək. Təlimdə iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir. İştirak etmək istəyən tələbələr aşağıdakı formu doldura bilərlər:

goo.gl/dPjpFf

Son qeydiyyat tarixi: 3 noyabr 2015 – 12:00 (a.m.)

Qeyd: 4, 5, 6 Noyabr tarixlərində baş tutacaq təlim hər gün 3 saat (09:30-12:30) olmaqla toplam 9 saat davam edəcəkdir. Bu təlim YALNIZ DİA TƏLƏBƏLƏRİ üçün nəzərdə tutulmuşdur və tamamilə ÖDƏNİŞSİZdir.
Diqqət: Təlimin hər 3 günündə iştirak etmiş tələbələr “PAŞA Həyat Sığorta” şirkətinin
SERTİFİKATI ilə təltif olunacaqdır!

DİA Biznes Klubu tələbələrin fərdi inkişafına dəstək olmaq, onları gələcək iş həyatlarına hazırlamaq məqsədilə 2012-ci ildə Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatı nəzdində yaradılmışdır. Biznes, İqtisadiyyat, Menecment, Fərdi İnkişaf və Soft Skills profilləri üzrə tədbirlər həyata keçirən klubda aktiv iştirak etməklə gələcək karyera həyatınızda üstünlük əldə edə bilərsiniz. Eyni zamanda hal-hazırda klubun İdarə Heyətinə vakansiyalar mövcuddur. Əgər “mən sadəcə iştirakçı yox, həm də təşkilatçı olacağam” deyirsinizsə, goo.gl/XHXGBR linki vasitəsilə vakansiyalara müraciət edə bilərsiniz.

Klubla Facebook profili, TGT və eyni zamanda birbaşa idarə heyəti üzvləri vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Əlaqə telefonu: 055 447 15 42 (Sədr müavini – Elməddin Yusifli)

DIA Biznes Klubu ilə ƏYLƏN, ÖYRƏN, FƏRQLƏN!

Bəyən və paylaş

Rəylər

rəy(lər)