30 Sentyabr 20:31

Sil.icontalks #2 – Başlamaq asandır, bitirmək çətin!

Sil.icontalks – Social Innovation Lab tərəfindən təşkil edilən ilhamverici və maarifləndirici müzakirələr seriyasıdır. Sil.icontalks əlaqə qurmağı, yeni insanlar tanımağı, eyni zamanda bilik, bacarıqlarını paylaşmağı sevən sahibkarlar, mütəxəssislər və sahibkarlıq ekosisteminin üzvləri üçün möhtəşəm bir şansdır.

Sil.icontalks – un növbəti spikeri Alamo 13, Kvan, Ubuntu və Onqaku kitablarının müəllifi, Yeni Fikir 2016 Startup Müsabiqəsinin və Seedstars Baku Regional Müsabiqəsinin qalibi, Kvotter və GR8 kimi sosial platformaların həm-təsisçisi Coşqun Kərimovdur. “ Başlamaq asandır, bitirmək çətin” başlığı altında olacaq görüşdə Coşqun Kərimov şəxsi startup təcrübələrini paylaşacaq, bir startupa başlamaq və onu uğurla sonlandırmaq üçün lazımlı olan prosedurları izah edəcək və iştirakşşıların suallarını cavablandıracaqdır.

Postun şərh hissəsinə Coşqun Kərimov tərəfindən cavablandırılmasını istədiyiniz sualları yaza bilərsiniz. Təlimçimiz tərəfindən seçilən ən yaxşı sualın müəllifinə hədiyyəmiz olacaqdır!

Görüş gənc mütəxəssislər, sahibkarlar, startapları olan gənclər və tələbələr
üçün nəzərdə tutulmuşdur.

İştirak etmək üçün qeydiyyat forumu: https://sil.ticketsetup.com/az/tickets

Bəyən və paylaş

Rəylər

rəy(lər)