Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə satış sərgisi təşkil ediləcək

Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə satış sərgisi təşkil ediləcək.

Sərgi Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və www.artgift.az saytının təşkilatçılığı reallaşacaq.

Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, satışdan əldə olunan bütün vəsaitin Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi nəzərdə tutulub.

Rəsm əsərlərinin qiyməti simvolik olaraq 50, 100, 150 AZN dəyərində qiymətləndiriləcək. Sərgidə iştirak etmək istəyən rəssamlar məlumatları [email protected] ünvanına göndərməlidirlər.

Hər bir rəsm əsəri və rəssam haqqında məlumat, rəssamın ürək sözləri “Artgift” reyestrində qeydə alınacaq və yayımlanacaq.

Bir cavab yazın

Back to top button