30 Noyabr 12:50

“Siqaret dəbdir!?” adlı sərgi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksində 2 dekabr 2015-ci il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksində 2 dekabr 2015-ci il tarixində “Siqaret dəbdir!?” adlı sərgi keçirilir.
Sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatı dəstəyilə həyata keçirilir.
Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin və gənc rəssamların işləri nümayiş olunur. Nümayiş olunan əsərlər sırasında mövzunu əks etdirən plokat nümunələri öz əksini tapmaqdadır.

Qeyd edək ki, ADRA Muzey Sərgi Kompleksi artıq bir neçə dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən sərgilərə ev sahibliyi etmişdir.
Sərginin məqsədi gənc xanımlara siqaretin onlara və cəmiyyətə verdiyi zərərləri daha doğru, düzgün məlumatlandıraraq, siqaretsiz həyat seçərək zərif və sağlam qadın olmağı onlara şəkillərlə çatdırmaqdan ibarətdir. Həmçinin gənc xanımlarla iki gün ərzində “siqaret dəbdir!?” mövzusunda diskusiya aparmaqla gözəllik və sağlamlıq barədə anlayışlarını zənginləşdirərəcək və onların fikirini düzgün istiqamətləndirilməsinə kömək edəcəkdir. Layihənin əsas məqsədi gənc xanımların siqaretdən istifadəsini məhdudlaşdıraraq, onları daha sağlam vasitələrdən yararlanaraq düzgün həyat tərzinə cəlb etməkdir. Gənclər arasında yayılmış siqaret istifadəçilərinin, bu zərərli vərdişlər nəticəsində yaranmış Qics, Hepatit C və insan orqanizmində yaranan onlarla xəstəliklərin qarşısını almaqdır.
“Siqaret dəbdir!?” sərgisinin rəsmi açılış mərasimi 2 dekabr 2015-ci il tarixində saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) keçirilir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)