16 Yanvar 09:59

“Sırğa olsun” Konseptual İncəsənət Sərgisi

“Sırğa olsun”
Konseptual İncəsənət Sərgisi

29-31 yanvar 2016-ci il tarixərdə Müasir İncəsənət Mərkəzinin sərgi salonunda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Sırğa olsun” konseptual incəsənət sərgisi keçiriləcəkdir.

Layihənin məqsədi konseptual incəsənətlə məşğul olan rəssamlara dəstək olmaq, müasir incəsənət sahəsinə tövhə vermək, istedadlı və yaradıcı gənclər arasında şəbəkələşməni qurmaq və gələcək inkişafına zəmin yaratmaq, müxtəlif texnika və üsullarda işləyən rəssamları bir araya gətirmək, bütöv bir ekspozisiyada birləşdirməkdir.
Azərbaycanda müasir istiqamətdə fəaliyyət göstərən rəssamlara böyüklərimizdən eşitdikləri “qulağında sırğa olsun” misalını rəhbər tutaraq, onların bu anlayışa necə yanaşdıqları və öz əsərlərində hansı formada gördükləri, onu hansı obraza çevirəcəkləri mövzusu təklif edilmişdir.
Sırğa — hazırda qadınların qulaqlarına taxdıqları qızıl, gümüş və s.-dən düzəldilmiş müxtəlif formalı bəzək əşyası; tanadır. Əski zamanlarda sırğa bizim indi bildiyimiz kimi bəzək olsun, daha gözəl görünsün, başqalarından fərqlənsin deyə taxılmırdı. Sırğa “bildiriş nişanı”, “yaddaş”, “hər an xatırlatma işarəsi”, “unutmamaq, daim yadda saxlamaq” qarantı olaraq taxılırdı.
Sərgidə gənc rəssamların bu konsepsiyaya uyğun müxtəlif təsviri sənət növləri-rəngkarlıq, qrafika, heykəltəraşlıq və s. müasir ifadə vasitələrindən istifadə edərək yaratmışlar. Sərgidə gənc rəssamlardan Vüsalə Ağarazıyeva, Novruz Məmmədov, Zamin Rzayev, Orxan Qarayev, Mehriban Şamsadinskaya, Günel Ravilova və s. iştirak edirlər.
Sərginin açılışı 29 yanvar saat 19:00-da keçiriləcəkdir. Giriş sərbəstdir.
Layihənin rəhbəri Məhbarə Abbasovadır.

youthfoundation.az

Bəyən və paylaş