28 Avqust 12:17

Şirkət tələbələri yarım gün işləməyə dəvət edir

Əgər sən:

Karyera qurmaq istəyirsənsə;

Biliklərini praktikada tətbiq etmək istəyirsənsə;
İntellektual və əyləncəli iş mühitində işləmək istəyirsənsə;

Müraciət etməyə tələs!

Edutainment.az şirkəti aşağıda sadalanan ixtisas istiqamətləri üzrə təhsil alan tələbələri yarım gün işləməyə dəvət edir: fizika-kimya və yaradıcılıq istiqaməti (fotoqraf, kino və teatr aktyoru, rejissor)

İş üçün seçim meyarları:

-Azərbaycan dili və/və ya Rus dili biliklərinə malik olmaq;
-Öz ixtisas sahəsi üzrə inkişaf etməyə marağı olan;
-Uşaqlarla işləmək bacarığı və istəyi olan;
-Müxtəlif qurumlarda könüllülük təcrübəsi olan.

Edutainment.az şirkəti uşaqlar üçün təhsil proqramlarının təşkili və inkişafı, uşaqların və bütün ailənin intellektual əyləncəsin təşkil olunması ilə məşğul olur.

Tələblərə cavab verən və maraqlanan şəxslərdən CV-lərini 5 sentyabr tarixinə qədər [email protected] ünvanına göndərməkləri xahiş olunur.

Bəyən və paylaş