Şirkətə layihələrdə çalışmaq üçün müsahibə götürən (intervyuer) şəxslər tələb olunur

“ACT Azərbaycan” şirkətinə layihələrdə çalışmaq üçün müsahibə götürən (intervyuer) şəxslər tələb olunur.

Müsahibə götürən şəxslər layihələr zamanı fərdi yaşayış ünvanlarında sorğular keçirəcəklər.

2-4 həftə davam edən layihələr zamanı iş qrafiki 10.00-20.00 saatlarını əhatə edir.

Əmək haqqı fərdi görülmüş işin həcminə görə dəyişir.

ƏSAS TƏLƏBLƏR :

• 20-55 yaş aralığı

• İş ştajı : 1 ildən 3 ilədək

• Azərbaycan dilində səlis danışmaq

• Ünsiyyətcil və dürüst olmaq

Ali təhsil önəmli deyil.

Seçim prosesində müəllim, psixoloq və sosial işçilərə üstünlük veriləcək.

İş prosesi haqqında ətraflı məlumatı seçilmiş namizədlər təlimlər zamanı əldə edə biləcəklər.

Xahiş olunur əlaqədar şəxslər CV-lərini [email protected] ünvanına mövzu yerində “Müsahibə götürən” yazmağla göndərsinlər, əks halda müraciətlərə baxılmayacaq.

Əlaqə nömrəsi : 077 568 18 42

Bir cavab yazın

Back to top button