“Şirkətlərin Hüquqi tənzimləmələri” ödənişsiz təlim

Young Business Factory 2013-cü il avqust ayının 18-də İstanbulda yaradılmışdır. Əsas fəaliyyət Azərbaycanda və xarici ölkələrdə praktiki profesional təlim, konfrans, online kurs və seminarlar, müxtəlif Biznes proqramlarının keçirilməsini təşkil edir.

Young Business Factory şirkəti Hüquq sahəsinə olan tələbi nəzərə alaraq Young Business Factory Hüquq 2016 layihəsindən qabaq yenidən hüquqla bağlı professionalların iştirakı ilə seminar keçirir. Seminarda Professional 5 təlimçi iştirak edəcək.

Təlimçilərimiz:

Əmiraslan Yusifov – Aparıcı Hüquqşünas, “Business Service Centre” MMC
Orxan Quliyev – İR üzrə Aparıcı Mütəxəssis, “Business Service Centre” MMC
Pərvin Musazadə – Vergi və Hüquq məsləhətçisi
Günel Məmmədova – Sığorta və Hüquq məsləhətçisi
Samir İsmayılov – Hakim Köməkçisi

✔ Əmək hüququna giriş, hüquq və vəzifələr.
✔ İşə qəbul qaydaları
✔ İş vaxtı növləri, rejimi və tənzimlənməsi qaydaları
✔ Əmək müqaviləsinin müddəaları və ərizə formaları
✔ Məzuniyyət hüququ, növləri və təmin edilməsi
✔ Əməyin ödənilməsi normaları, qaydaları və təminatı
✔ Başqa vəzifəyə keçirilmə, əvəz etmə, işçilərin və iş yerinin attestasiyası
✔ Əmək müqaviləsinə xitam verilməsinin qaydaları, əsasları və işçinin təminatları
✔ Əmək mübahisələri və intizam məsuliyyəti
✔ Əməyin mühafizəsi qaydaları, normaları və icbari sığorta
✔ Elektron hökumət portalı və ondan istifadə qaydaları

QEYD. Seminarda iştirak TAM ÖDƏNİŞSİZdir. Seminarda yalnız seçilən şəxslər iştirak edəcəklər. Bunun üçün qeydiyyatdan keçib, suallara dolğun cavablar verməyiniz tələb olunur.

Online Qeydiyyat Linki: http://bit.ly/1wLgcEw

Young Business Factory Ofisi
Adress: Caspian Plaza III, 12th Floor
Tel: (012) 492 36 67
Mob: (055) 373 50 66
Email: [email protected]

Bir cavab yazın

Back to top button