Sistem inzibatçısı – Aparıcı mütəxəssis vakansiyası

Sistem inzibatçısı – Aparıcı mütəxəssis

  Vəzifə öhdəlikləri:
  • Mövcud infrastruktur resurslarını istifadə edərək sistemləri quraşdırmaq və yeni versiyaları test etmək
  • Sistemlər üzrə yenilikləri (updates) yoxlamaq və yenilənmə üzrə plan tərtib etmək
  • Sistemlərdə baş verəbiləcək problem və dayanmaları prosedurlara əsasən araşdırmaq və həll etmək
  • Sistemlərin administrasiyası üzrə proqram təminatını istifadə etməklə, problemləri araşdırmaq və müxtəlif keyfiyyət göstəriciləri üzrə hesabatlar tərtib etmək
  • Sistemlərin idarəedilməsi və dəstəklənməsi üzrə şirkətin təklif etdiyi təlimlərdə və praktiki tədbirlərdə iştirak etmək
  • Öhdəsində olan sistemlərin idarə edilməsi üzrə prosedur və qaydaları tərtib etmək
  • Sistemlərin dəstəklənməsi üzrə profilaktik və gündəlik işləri icra etmək
  • Sistemlərin dəstəklənməsi üzrə monitorinq aparmaq
  • Son istifadəçilərə köməklik göstərmək və bəsit təlimlər vermək
  • Korporativ standartlara və daxili siyasət, prosedurlara riayət etmək
  • Sistemlərin düzgün və effektiv istifadəsi üzrə tövsiyələr vermək
  • İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibində iştirak etmək;
Texniki tələblər:
  • Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi (üstünlük verilir)
  • Server, Storage və Şəbəkə avadanlıqları (SAN-switch) ilə iş təcrübəsi
  • UNIX/LINUX və Windows əməliyyat sistemlərinin (server) inzibatçılığı təcrübəsi
  • Virtuallaşdırma (Vmware Vsphere, MS Hyper-v) texnologiyası sahəsində təcrübə
  • Bulud texnologiyaları üzrə (MS Azure, Amazon WS, Google Cloud və MS Office 365) biliklər və iş təcrübəsi
  • Şəbəkə texnologiyalarının prinsiplərini bilmək və şəbəkə avadanlıqlarının sazlanması üzrə təcrübə
  • Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
  • Analitik təhlil bacarığı
  • Problemin araşdırılması ilə əlaqədar dəstəkçi şirkətlə ünsiyyət qurmaq bacarığı
  • Proqram təminatı və avadanlıqda nöqsanların aşkarlanması və aradan qaldırlması üzrə bacarıq
  • İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarıq
  • Komanda şəklində işləmə bacarığı
  • Daimi olaraq yeni İT biliklərinin mənimsənilməsi bacarığı və yeniliyə həvəsli olmağı
  • Qeyd edilmiş texniki tələblər üzrə bilik və təcrübə səviyyəsi
İş şəraiti:
  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin təmin olunması;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
  Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi[email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerindəSistem inzibatçısı – Aparıcı mütəxəssisyazılmalıdır.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az