Cümə axşamı, 21 Avqust, 2025

“Sistem inzibatçısı” üzrə təlimə müraciətlər qəbul olunur


  • Dərc edildi: 20 Oktyabr, 2021 - 07:32
“Sistem inzibatçısı” üzrə təlimə müraciətlər qəbul olunur

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçiriləcək “Sistem inzibatçısı” üzrə təlimə müraciətlər qəbul olunur.

Təlimə seçilmiş iştirakçılar “Windows” platformalı serverlərin, əməliyyat sistemlərinin qurulması, idarə olunması, proqram təminatlarının paylanması və yenilənməsi, serverlərin profillənməsi və monitorinqi, nasazlıqların aşkarlanması və aradan qaldırılması kimi sahələrdə biliklər əldə edəcəklər. İştirakçıların əldə etdikləri nəzəri bilikləri təlim zamanı tapşırıqlar vasitəsilə təcrübədə tətbiq etmək imkanları olacaq.

Təlimlər ənənəvi formatda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.

İştirak üçün əsas meyarlar:

Peşə, orta ixtisas və ya ali təhsilli şəxslər;

Başlanğıc səviyyədə ingilis dili;

İnformasiya texnologiyaları üzrə təhsil və ya iş təcrübəsi üstünlükdür.

Təlim müddəti: 48 saat (2.5 ay)

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək.

Müraciətləri 24 oktyabr, 2021-ci il tarixinədək aşağıdakı keçiddən göndərə bilərsiniz:

https://bit.ly/3lEp8NN

Qeyd: Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə peşə təhsil mərkəzlərində keçirilən qısamüddətli təlimlərdən yalnız bir dəfə ödənişsiz əsaslarla yararlanmaq imkanı verilir.

Ətraflı: https://bit.ly/3FKm0YP

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 188
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7126
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1850
Azərbaycan Texnologi...