“Sistemli Satış üçün CRM” mövzusunda səhər yeməyi!

Həm Seminar, həm Səhər yeməyi, həm əla Networking imkanı!

🕹“Sistemli Satış üçün CRM” mövzusunda səhər yeməyi!

📌Əziz sahibkarlar, yeni qurulmuş biznesdə xüsusi diqqət yetirməli olduğunuz məqam işin sistemləşdirilməsidir. Biznesin ilkin vaxtlarında ənənəvi yollarla idarə olunan işin, sonradan böyüməsi, yeni məhsulların, yeni müştərilərin yaranması, rəqiblər arasında rəqabətin böyüməsi biznesin adət edilmiş metodlarla idarə edilməsini mümkünsüz edir.

➡️Sizin üçün təşkil olunacaq “Sistemli Satış üçün CRM” təlimində CRM alətlərin köməyi ilə satış sisteminin qurulması və balanslaşdırılmış motivasiya sisteminin yaradılması haqqında danışılacaq, satış sistemində yaranan nasazlıqların vaxtında aradan qaldırılması, satış sistemində təkmilləşdirmə yollarından söhbət açılacaq.

Seminar:
🗓Vaxt: 23 fevral, 10:00
📌Məkan: Atmosphere Lounge (Ünvan: Zahid Xəlilov 25)

Seminar kimlər üçün nəzərdə tutulub?
✔️Sahibkarlar
✔️İdarəçilər
✔️Kommersiya direktorları
✔️Satış üzrə direktor və menecerlər.
✔️Müştəri və satış şöbələrinin təmsilçiləri
✔️Müştərilərin idarə edilməsi və marketinq üzrə təhsil alıb, gələcək karyerasını bu istiqamətdə qurmaq istəyən gənclər

⬇️Təlimdə aşağıdaki mövzulara toxunulacaq:

✔️Satışın vəzifələri və məqsədi
✔️Proseslərin idarə olunması sisteminin qurulmasına təsir edən faktorlar
✔️Satış prosesinin ölçülməsi və idarəolunması üçün istifadə olunan alətlər
✔️İstehlakçı potensialı
✔️Satış borusu – şirkətin satış siteminin əsası
✔️Satışların idarə olunması
✔️Satış şöbəsinin motivasiyasının qurulması prinsipləri
✔️CRM vasitəsilə satışların idarəolunması

Təlimçi haqqında

▶️İlham Əfəndiyev Motivasiya, Marketinq və Satış üzrə peşəkar mütəxəssisdir. Son 20 ilə yaxın müddətdə o, Azərbaycanın ən iri media, reklam, aviasiya, telekommunikasiya tikinti və istehsal şirkətlərində çalışıb. Azərbaycanın ən böyük şirkətlərin Satış, Marketinq və Müştəri Xidmətləri komandaları üçün 1000 saata yaxın təlim keçirib. Çalışdığı müddətdə 10 mln dollarlıq 100-dən artıq böyük və orta həcmli korporativ satış həyata keçirib. İlham Əfəndiyev Azərbaycan, Rusiya və Hollandiyanın aparıcı təhsil ocaqlarında təhsil almışdır.
Hal-hazırda o, Təlimçi, Biznes Konsultant və Sahibkar kimi öz fəaliyyətini davam etdirir.

Seminarda iştirak haqqı: 20 AZN💵

🇦🇿Seminarın dili: Azərbaycan

📌Qeydiyyat linki: http://bit.ly/2N8QHfz
📞(+994)70 661 3232
🏢“Atmosphere Lounge” (Ünvan: Zahid Xəlilov 25 B)

 

Bir cavab yazın

Back to top button