24 Oktyabr 18:32

Siyasət Məktəbi I Təlim Proqramı

Siyasət Məktəbi VHP Gənclər Təşkilatı tərəfindən gənclərin siyasi mövzularda maarifləndirilməsi üçün təşkil edilmiş ictimai layihədir. Layihənin əsas məqsədi gənclərin siyasətə marağının artırılması, Azərbaycan ictimai-siyasi həyatında gənclərin fəallığının artırılmasıdır. Siyasətə marağı olan və bu mövzuda öz bilik-bacarıqlarını artırmaq istəyən hər bir gənc layihədə iştirak üçün müraciət edə bilər. Layihə tam ödənişsizdir.
Layihəni uğurla başa vuranlar sertifikatla təltif olunacaqlar.

Müraciət üçün son tarix: 10 noyabr, 2015;

Məkan : Vətəndaş Həmrəyliyi Partiyası
Təlim günləri: Həftənin bazar günləri (8 həftə)
Müraciət anketi: https://goo.gl/2nxwZK
Layihə Meneceri: Amal Ata (VHP GT Sədri)
Təlimçi: Xəyyam Namazov
Əlaqə: 055-525-13-33 (Amal Ata)
[email protected]
Məkanı tanımayanlar bu nömrələrlə əlaqə saxlaya bilərlər :
055-270-43-31 (Akif)
055-909-54-44 (Tural)

Siyasət Məktəbi I Təlim Proqramında aşağıdakı dərslər tədris olunacaqdır:

– Siyasət nədir?
– Güc, dövlət və dövlət idarəetmə formaları
– Siyasi İnstitutlar
– Siyasi İdeologiyalar
– Siyasi aktyorlar və vətəndaş cəmiyyəti
– Siyasi rəqabət, siyasi partiyalar və partiya sistemləri
– Vətəndaş, siyasi iştirak və seçki sistemləri
– Beynəlxalq Siyasət və qloballaşma

Bəyən və paylaş

Rəylər

rəy(lər)