Siyasi biliklərini artırmaq və bu sahədə təcrübə qazanmaq istəyən gənclərin nəzərinə

Siyasi biliklərini artırmaq və bu sahədə təcrübə qazanmaq istəyən gənclərin nəzərinə! “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin Siyasi Savadlılığının Artırılması” layihəsi start götürür! Əsas məqsədi Azərbaycan gənclərinin dövlət siyasəti ilə bağlı biliklərinin artırılması və beynəlxalq rəqabətədavamlı gəncliyi formalaşdırmaq olan layihədə 17-29 yaş arası, aidiyyatı sahə üzrə təhsil alan və ya bu istiqamət üzrə həvəsi olan iştirakçılar 5 gün ərzində Siyasi Nəzəriyyə – “Dövlətin önəmi və vəzifələri”, “Dövlət-xalq münasibətləri”, “Milli Müstəqillik və Fərdi Azadlıq”və Tətbiqi Siyasət – “Azərbaycanın Xarici Siyasəti”, “Azərbaycanın İqtisadi Siyasəti”, “Diasporanın Azərbaycanın xarici siyasətində rolu” mövzularında siyasət üzrə nüfuzlu mütəxəssislər– akademik və dövlət məmurları tərəfindən ənənəvi qaydada keçiriləcək görüş-seminarlarda iştirak edərək, qeyd olunmuş mövzular üzrə yeni bilik və bacarıqlar əldə edəcəklər. Qeyd: Ölkəmizdə davam edən pandemiya şəraitini nəzərə alaraq layihədə qoyulmuş qaydalara əsasən seçiləcək iştirakçıların minimum 1 doza vaksin və ya immunitet sertifikatına sahib olması mütləqdir. Son müraciət tarixi: 25.09.2021 23:59 Layihənin keçiriləcəyi tarix: Sentyabr – Oktyabr 2021-ci il Layihənin keçirilicəyi ərazi: Bakı, Azərbaycan Layihədən qeydiyyatdan keçmək üçün link:https://ireli.az/gssa/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az