24 Oktyabr 12:36

Sizinlə eyni soyadı daşıyan insanların harada olduqlarını heç düşünmüsünüzmü?

Edumap.az xəbər verir ki, Forebears adlı veb sayt, 11 milyon soyadı xəritələşdirir. 2012-ci ildə başlayan layihə, qəzetlərdə yazılan soy adlarının, nəsil ağaclarının qeyd olduğu veb saytlarının və bəzi ödənişli qaynaqlarının məlumatlarını alır. Saytda eyni zamanda hansı ölkədə hansı soyadının daha çox istifadə edildiyini, hansı ölkədə nə qədər olduğunu, soyadlarının deyişilmiş formalarını, mənalarını və oxunuşlarını tapmaqda kömək edir.

Saytda bundan əlavə müharibə qeydləri, cənazə yerlərini,  harda qeydiyyatda olduğu və s. məlumatların olduğu digər veb saytlara yönləndirən keçidlər mövcuddur.

Adların Vikipediyası olan bu saytda məqsəd, fərqli saytlarda hissə-hissə və dağınıq halda olan soyadı məlumatlarını bir yerdə toplamaqdı. Təbii ki, daha çox məlumata və fotolara aid məlumatlara ehtyacınız varsa, bu sayt kifayyət etməyəcəkdir. Çünki, sayta ümumi məlumat vermə xüsusiyyətinə malikdir. Bütün məlumatları birləşdirərək axtardığınız düzgün məlumatı tapmaq sizin üzərinizə düşür.

Dünyanın dört bir yanındakı qohumlarınızı və ya soydaşlarınızı görmək istəsəniz buraya klik edin.

soyad soyad1

Mənbə: sosyalmedya.co

Bəyən və paylaş

Rəylər

rəy(lər)