22 Avqust 18:59

İş Sizlikdir! İşgüzar Gənclik layihəsi

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə İlqar Həşimovun layihə rəhbəri olduğu “İş Sizlikdir! İşgüzar Gənclik” layihəsi həyata keçiriləcək.

Edumap.az-ın məlumatına görə, layihə gənclərin iş üçün düzgün müraciət və işə qəbul üçün uğurlu müsahibə qaydaları haqqında maarifləndirilməsi məqsədini daşıyır. Bu məqsədlə tələbə gənclərə effektiv iş axtarışı , peşəkar CV hazırlanması və müsahibələrdən uğurla keçmə, uğurlu karyera qurma yollarını aşılayan peşəkar təlimlər keçiriləcəkdir. Layihə Bakı şəhərində icra olunacaq.

Təlimlər peşəkar təlimçilər tərəfindən 3 istiqamətdə keçirləcək və aşağıdakı mövzuları əhatə edəcək:

Uğurlu CV
– CV-nin növləri;

– CV-ni necə tərtib etməli?
– CV-nin formatı;
– CV-nin tərkibi;
– CV hazırlayarkən diqqət ediləcək təməl qaydalar;
– CV-yə əlavələr.

Uğurlu Müsahibə
– müsahibə formaları;
– iş müsahibəsinə necə hazırlaşmalı?
– HR kimi düşünmək, şirkət sizdən nə istəyir?
– iş görüşməsi, müsahibə zamanı ünvanlanan suallar;
– iş müsahibələri zamanı necə davranmalı?
– iş müsahibəsində özünü təqdim etmə bacarığı, inandırma;

Uğurlu Karyera
– karyerada ilk addım;
– özünü qiymətləndirmə və inkişaf;
– hədəf və məqsədləri müəyyən etmə;
– düzgün karyera planlaşdırılması;
– karyera xətti.

Layihədə iştirak edən bütün iştirakçılar sonda sertifikatla təmin olunacaqlar. Layihədə iştirak ödənişsizdir!
Müraciət üçün onlayn qeydiyyatdan keçin: link 

Müraciət üçün son tarix: 04.09.2016 (4 Sentyabr 2016)

Qeydiyyatdan keçən bütün iştirakçılara təlimlərin keçirilmə yeri və vaxtı öncədən bildiriləcəkdir.

Əlavə suallarınız və məlumat üçün:
Tel: (051) 995 83 30
Email: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)