2 Noyabr 12:30

SLRD layihəsi çərçivəsində Gəncə – Qazax İqtisadi Rayonunda təlimlərin təşkili və icrası

Tender iştirakçılarına

Elan: GIZ Bakı ofisi
Layihənin nömrəsi: 16.2174.7-006.00

Layihənin adı: Gəncə – Qazax İqtisadi Rayonunda Yerli və Regional İnkişafa Dəstək
Ölkə:  Azərbaycan

Hörmətli tender iştirakçısı,

GIZ-in Bakıdakı ofisi SLRD layihəsi çərçivəsində Gəncə – Qazax İqtisadi Rayonunda təlimlərin təşkili və icrası  üzrə tender elan edir.
Əlavə 1 və Əlavə 1.1-də göstərilən vəzifə təlimatları ilə maraqlandığınız halda 30 noyabr 2018-ci il tarixi saat 14:00-dək təkliflərinizi təqdim etməyinizi xahiş edirik.

Təkliflərinizi təqdim edən zaman iki zərf prosedurundan istifadə edin, yəni təkliflər iki ayrı-ayrı möhürlənmiş / imzalanmış və qapalı zərflərdə GIZ ofisi, Rəsul Rza 75, 2-ci mərtəbə, Winter Park Plaza/ AZ 1014 Bakı, Azərbaycan ünvanına göndərilməlidir. Birinci zərfə texniki təklif, yəni CV, ekspert/şirkətlərin əvvəlki oşxar layihələrdə iştirakını təsdiq edən referensləri, iş planı, ekspert/şirkətin VOEN-i və bank detalları əlavə olunmalıdır. İkinci zərfdə maliyyə təklifi təqdim olunmalıdır. Hər bir zərf “Maliyyə təklifi/tenderin adı” və ya “Texniki təklif/tenderin adı” kimi işarələndirilməlidir. Təkliflər yalnız ingilis dilində təqdim olunmalıdır.

Texniki təklifdə maliyyə məsələlərini əks etdirən məlumat olmamalıdır.

Texniki məsələlər üzrə sualınız olduğu təqdirdə 23 noyabr 2018-ci il tarixinədək elektron poçt vasitəsilə Səbinə Hacıyeva ([email protected]) müraciət edə bilərsiniz. Nəzərə alın ki, bütün iştirakçıların tenderdə bərabər iştirakını təmin etmək məqsədilə tərəfinizdən verilən sualların cavabları digər tender iştirakçılarına da göndəriləcəkdir. Qaydalarımıza zidd olan təkliflər tərəfimizdən qeydə alınmayacaqdır. 23 noyabr 2018-ci il tarixindən sonra verilən suallar cavablandırılmayacaqdır.

Qiymətləndirmənin meyarları 70% texniki və 30% maliyyə kimidir.

Qiymətləndirmə zamanı namizədlərin renkinqinə (qiymətləndirməyə əsaslanan sıralama) görə siyahı tutulacaqdır (Əlavə 2). Adətən siyahıda birinci yerdə olan namizədlə müqavilə danışıqları aparılır. Bu danışıqlar müvəffəqiyyətli olmadığı halda siyahıda olan ikinci namizəd danışıqlara dəvət olunur.

Təkliflərin təqdim edilməsi üçün son tarixin bitməsindən sonra iki həftə ərzində yazılı sifariş almadığınız təqdirdə bu Sizin/şirkətinizin tenderdən keçmədiyini bildirir. Bu barədə əlavə bir məlumat göndərilməyəcəkdir.

Əlavələr

Annex 1 ToR _Organization of SLRD trainings_AZ.doc )
Copy of Anex1 1_Budget template_AZ.pdf )
Annex 2 Technical Assessment Grid _SLRD trainings assignment.pdf )

Hörmətlə,

Səbinə Hacıyeva

Müqavilələr və alqı-satqı üzrə məsul şəxs

Bəyən və paylaş

Rəylər

rəy(lər)