Çərşənbə axşamı, 1 İyul, 2025

“Smart Xanım” layihəsinə start verilib


  • Dərc edildi: 21 Noyabr, 2021 - 13:39
“Smart Xanım” layihəsinə start verilib

"INNOLAND" İnkubasiya və Akselerasiya mərkəzində "Smart Xanım" layihəsinin açılış tədbiri təşkil edilib. Layihənin əsas məqsədi regionlarda innovativ qadın sahibkarların yetişdirilməsi, onların inkişafına dəstəkdir. Bu çərçivədə Masallı, Lənkəran, Biləsuvar, Tovuz, Şəmkir, Gəncə, Qax, Zaqatala, Balakəndə yaşayan qadınların sahibkarlıq, biznesin qurulması üzrə resurs və informasiyaya əlçatanlığının artırılması planlaşdırılır. Həmçinin onlara rəqəmsallaşma ilə bağlı bacarıqların yaranması və potensiallarını kəşf etmələri üzrə şəxsi inkişaf proqramları təşkil olunacaq. Layihənin dəstəkçiləri Kənd Təsərrüfatı Nazirliyi, Gənclər və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ABŞ-ın Azərbaycandakı Səfirliyidir. Tədbir iştirakçıları ölkəmizin müxtəlif regionlarında yaşayan qadınlar üçün innovativ və sahibkarlıq fəaliyyətinə dəstək mexanizmləri, star

tapların formalaşması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Sonra iştirakçılar üçün layihənin həyata keçirilmə zərurəti, hədəf auditoriyası, gözləntilər barədə məlumat verilib. Tədbir müzakirələrlə davam edib. Layihədə öz işini qurmaqla regionda iqtisadi inkişafa dəstək vermək istəyən 18 yaşdan yuxarı xanımlar 19 dekabr tarixinədək müraciət edə bilərlər. Qeydiyyat üçün link:https://docs.google.com/forms/d/1UVbc1Ez2hZ_ZTUZbNyFtZUTxJYDcxXD65DxNePxWNyI/edit  

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 216
Məktəbəhazırlıq qrup...
Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 851
Eduaspect: Təhsildə ...
Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!
12 İyun, 2025 - 15:43 235
Sertifikatlaşdırmada...