“Smart Xanım” layihəsinə start verilib

"INNOLAND" İnkubasiya və Akselerasiya mərkəzində "Smart Xanım" layihəsinin açılış tədbiri təşkil edilib.

Layihənin əsas məqsədi regionlarda innovativ qadın sahibkarların yetişdirilməsi, onların inkişafına dəstəkdir. Bu çərçivədə Masallı, Lənkəran, Biləsuvar, Tovuz, Şəmkir, Gəncə, Qax, Zaqatala, Balakəndə yaşayan qadınların sahibkarlıq, biznesin qurulması üzrə resurs və informasiyaya əlçatanlığının artırılması planlaşdırılır. Həmçinin onlara rəqəmsallaşma ilə bağlı bacarıqların yaranması və potensiallarını kəşf etmələri üzrə şəxsi inkişaf proqramları təşkil olunacaq.

Layihənin dəstəkçiləri Kənd Təsərrüfatı Nazirliyi, Gənclər və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ABŞ-ın Azərbaycandakı Səfirliyidir.
advertisement
Tədbir iştirakçıları ölkəmizin müxtəlif regionlarında yaşayan qadınlar üçün innovativ və sahibkarlıq fəaliyyətinə dəstək mexanizmləri, startapların formalaşması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Sonra iştirakçılar üçün layihənin həyata keçirilmə zərurəti, hədəf auditoriyası, gözləntilər barədə məlumat verilib.

advertisement Tədbir müzakirələrlə davam edib.

Layihədə öz işini qurmaqla regionda iqtisadi inkişafa dəstək vermək istəyən 18 yaşdan yuxarı xanımlar 19 dekabr tarixinədək müraciət edə bilərlər.

Qeydiyyat üçün link:https://docs.google.com/forms/d/1UVbc1Ez2hZ_ZTUZbNyFtZUTxJYDcxXD65DxNePxWNyI/edit
advertisement
 



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az