“Smart xanım” proqramına qoşul, REGİONDA SAHİBKAR OL!


“Smart xanım” proqramına qoşul, REGİONDA SAHİBKAR OL!



Öz işini qur və yeniliyi SƏN gətir!

advertisement


İnnovativ qadın sahibkarların yetişdirilməsi və inkişafına dəstək xarakterilə regionda yaşayan və öz biznesini yaratmaq yaxud təkmilləşdirmək istəyən xanımlar üçün bacarıqların artırılması məqsədilə həyata keçirilən “Smart Xanım” layihəsinə müaciətlər qəbul edilir. Layihəyə Qax, Zaqatala, Balakən, Gəncə, Tovuz, Şəmkir, Lənkəran, Masallı, Biləsuvar rayonlarında yaşayan 18 yaşdan yuxarı qadınlar qatıla bilər.

Proqrama qoşularaq siz regionu tərk etmədən gələcəyin sahibkarı olmaq üçün fundamental baza biliklərə və ekspertlərə çıxış imkanı əldə edəcək, öz biznes ideyanızın real biznesə çevrilməsi üçün layihə üzərində real iş imkanı qazanacaqsınız. Proqramın sonunda qalib olan 3 ideyanın biznesə çevrilməsi üzrə dəstək təmin olunacaq.


advertisement

Layihə iştirakçılara sahibkar kimi formalaşmaq üçün 6 ay ərzində aşağıdakı əsas dəstək alətləri ilə təmin edəcəkdir:

• biznes ideyanızı formalaşdırmaq və reallaşdırmaq üçün motivasiya;

• online təlimlər vasitəsilə sahibkar üçün lazım olan bilik və bacarıqlar;

• biznes layihəsinin yazılması üçün mentorluq;

advertisement
• ən uğurlu layihələrin həyata keçirilməsi üçün dəstək;

• öz regionunuzda olan biznes mühitə birbaşa çıxış imkanları və təcrübə mübadiləsi.



Layihədə iştirak şərtləri aşağıdakılardır.

advertisement
• 18 yaşdan yuxarı öz işini qurmaq motivasiyası olan istənilən qadın

• qeyd olunana rayonların birində yaşamaq

• tək yaxud qrup halında öz regionunda biznes yaratmaq yaxud mövcud biznesini təkmilləşdirmək istəyi olmaq



advertisement
Layihədə iştirak üçün qeydiyyat linki: https://docs.google.com/.../1FAIpQLSfPg.../viewform



Müraciət üçün son tarix 19 dekabr 2021-ci tarixidir.

İştirakçılar layihə ilə bağlı ətraflı məlumatı [email protected] və +99455 917 5202 telefon nömrəsi vasitəsilə əldə edə bilərlər.

advertisement


Qeyd edək ki, layihənin əsas məqsədləri regionlarda xanımların sahibkarlıq və biznesin qurulması üzrə resurs və informasiya əlçatanlığının artırılması, sahibkarlıq ilə bağlı bacarıqların formalaşdırılması və xanımların öz potensiallarını kəşf etmələri üzrə şəxsi inkişaf proqramları əldə etməsidir. Layihə Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əsas tərəfdaşlığı ilə İnnovasiyalar Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə həyata keçirilir.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az