“AccessBank” bankçılıq üzrə iş təcrübəsi olmayan, Kiçik və Orta Biznes (SME) sahəsi üzrə karyera qurmaq istəyən universitet məzunları üçün “SME Bankçılıq Yay Məktəbi” layihəsinə start verir.
Layihənin əsas məqsədi gəncləri KOB (SME)sektorunacəlb etmək, yeni liderlər yetişdirmək və onları işlə təmin etməkdir.
“SME Bankçılıq Yay Məktəbi” namizədlərə maliyyə və kredit sahəsində nəzəri və praktik biliklər verməklə yanaşı, həm də gələcəkdə onlara yerli Avropa Bankının komandasının üzvü olmaq şansı da yaradır.
Layihəyə qatılmaq üçün tələblər:
- İqtisadiyyat və ya müvafiq sahələrdə Bakalavr/Magistr səviyyəsi üzrə yeni məzunlar
- Dil bilikləri: azərbaycan dili – səlis, rus və ya inglis dili biliyinin olması üstünlükdür.
- Liderlik, məsuliyyətlilik və detallara qarşı diqqətlilik
- Təşəbbüskarlıq və komandada işləmək bacarığı
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur