8 Fevral 17:21

SMM intern

Biz hər keçən ay böyüyürük və bizimlə birlikdə böyümək istəyənləri axtarırıq!

Əsas tələblərimiz:
– Sosial media trendlərini havada tutan
– Lazım olan mətni vergül, nöqtəsinə kimi düz yaza bilən
– Soyuq günlərdə “əsl kreativ havasıdır” deyən

– Gördüyü hər şeydən ideya çıxarmaq həvəsində olan
– Daim oxumaqdan və araşdırmaqdan yorulmayan

intern axtarırıq. Qrafik yarım və ya tam iş günü ola bilər. Başlanğıc üçün müəyyən minimal ödəniş nəzərdə tutulub.

Mehriban və maraqlı komanda, rəqəmsal marketinqi öyrənmək, yeni tanışlıqlar imkanı sizi gözləyir 😎

Elanı oxuyan zaman “necə də məndən bəhs edir” dedinizsə, vaxt itirmədən mövzu hissəsində “smm intern edumap.az” qeyd edərək rezyumenizi [email protected] ünvanına göndərin.

Seçim mərhələləri bir qədər fərqli olacaq, rezyumesi bəyənilən şəxslərə ətraflı məlumat veriləcək.

Bəyən və paylaş

Rəylər

rəy(lər)