“SMM mütəxəssisi” vakansiyası

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Araz Supermarketlər Şəbəkəsi “SMM mütəxəssisi” vakansiyası üzrə işə qəbul elan edir!

Tələblər :

–  Ali təhsil;
–  Müvafiq sahədə agentlik iş təcrübəsi 1 il və daha artıq;
–  Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti, rus və ingilis dillərini bilməsi əlavə üstünlükdür;
–  Kreativ düşüncəli, yaradıcı;
–  Müxtəlif video kontentlər üçün ssenari, mətnlərin verilməsi;
– Sosial media kanallarında məzmun yaratmaq bacarığı;
–  Sosial Media üçün kreativ post ideyaları vermək, postlar üçün mətnlər hazırlamaq;
–  Sosial Media üçün yaradıcı kampaniya təkliflərini təqdim etmək;
–  Kampaniyalar üçün sloqanlar düşünmək;
–  Saytda xəbərlər yazmaq və applicationda bloqlar yazmaq;
–  Məsuliyyətlilik, operativlik, dəqiqlik, komanda ilə işləyə bilmə bacarığı.

Vəzifə öhdəlikləri :

– Günlük sosial şəbəkələri izləmək, gündəlik məlumatlar hazırlamaq və yeniləmək; media və sosial şəbəkələrdə şirkəti aktiv təmsil etmək;
– Daxil olan sorğuları müvafiq struktur bölmələrinə yönləndirmək, cavablandırılmasını və sorğular üzrə məlumatların verilməsini təmin etmək;
– Günlük sosial şəbəkələrdə paylaşım ediləcək mətnləri hazırlamaq və redaktə etmək;
– Sosial şəbəkələrdə aksiyaların keçirilməsi və nəticəsi haqqında hesabat hazırlamaq;
– Şirkətin korporativ və məhsul saytlarının mütəmadi olaraq yenilənməsi, kontentin hazırlanması və ümumi nəzarətin təşkili proseslərini həyata keçirmək.

Təminatlar:

– Nahar ilə təmin edilmə;
– Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
– 5 günlük iş qrafiki;
– Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “SMM mütəxəssisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir