SMM, Qrafik və Video Dizayner vakansiyaları

SMM, Qrafik və Video Dizayner
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində SMM, Qrafik və Video Dizayner vəzifəsinə
müraciət etmək üçün özünə güvənən namizədləri dəvət edirik. Karyera yüksəlişi və böyük imkanlar
təmin edən təşkilatımızda təcrübəli, dinamik, yaradici və komandaya uyğunlaşmağı bacaran
əməkdaş axtarırıq.
NAMİZƏDƏ TƏLƏBLƏR
 Tələb olunan sahə üzrə ən azı 2 illik iş təcrübəsi. Bu mövcud işlərin nümayiş edilməsindən
aslı olaraq hesab edilir;
 Azərbaycan dili üzrə mükəmməl danışıq və yazma qabiliyyəti;
 İngilis və Rus dillərində orta səviyyədə danışıq və yazma qabiliyyəti;
 Adobe Photoshop; Corel Draw və ya Adobe İllustrator proqramlarını bilmək;
 Adobe Premier (Orta səviyyədə);
 SMM
 İşə yaradıcı yanaşmaq və kreativlik;
 Punktual və pozitiv olmalı;
 Komandada işləmək bacarığı;
 Bakalavr dərəcəsi olanlara üstünlük verilə bilər;
ÖHDƏLİKLƏR
 Sosial şəbəkə, Web səhifə və promo məhsulların dizayn olunması;
 Kontentin hazırlanması və yerləşdirilməsi;
 Kreativ ideyaların verilməsi;
 Sosial şəbəkələrin idarə olunması;
 Marketinq və satışla bağlı komandaya dəstək verilməsi (Ehtiyac olarsa);
Maraqlanan namizədlər (Word və ya PDF formatında) 1) sizin maraq və müvafiq
vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz) və 2) cari CV şəkil ilə birlikdə təqdim
etməlidirlər. Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı qeyd olunmaqla
[email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun
keçiriləcəkdir.
Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir.
Kompleks haqqında daha ətraflı məlumat üçün, http://www.mtk.edu.az/en/ linkinə müraciət edilə
bilər.
Əmək haqqi ixtisas səviyyəsinə görə müəyyənləşdiriləcək.
Son müraciət tarixi: Mart 29, 2021

Bir cavab yazın

Back to top button