“SMM üzrə Mütəxəssis ” vakansiyası

Bu vəzifədə çalışan məsul şəxs, kreativ düşüncəyə sahib olmalı, təşəbbüskar və məsuliyyətli olmalıdır.   Tələblər:   · Ali təhsil (jurnalistika, filologiya, marketinq və ya pedaqoji sahə üzrə); · Sosial Media Marketinqi (SMM) üzrə bilik və minimum1-2 il iş təcrübəsi; · Qrafik dizayn qabiliyyəti (Coral draw, Adobe Products, Creative Cloud-üstünlükdür); · Azərbaycan dilində yüksək səviyyədə yazı bacarığı/qabiliyyəti; · Foto/video çəkiliş aparmaq bacarığı; · Planlaşdırma və vaxtın düzgün idarə edilməsi üzrə müvafiq bacarıqlar; · Yeniliklərə açıq olmaq və konstruktiv təkliflər irəli sürmək bacarığı; · Xarici dilləri bilməsi (rus və inglis dillərinə üstünlük verilir); · İKT sahəsi üzrə müvafiq bilik və bacarıqlar; · Komandada işləmək bacarığı.   Öhdəliklər: · Fəaliyyətə uyğun olaraq yüksək keyfiyyətdə kontent (mətn, foto, video) hazırlamaq, veb-sayt və sosial mediada yerləşdirmək; · Məlumatların sosial mediada təşviqi və kreativ yanaşmanın tətbiqi; · Şirkətin sosial media səhifələrini idarə etmək; · Aktiv informasiya mübadiləsini idarə etmək; · Ehtiyaclara uyğun müxtəlif kommunikasiya formalarını tətbiq etmək; · Sosial şəbəkələrdə və saytda cari aksiyalara dair bannerlərin və postların yerləşdirilməsinə nəzarət etmək; · Müvafiq sahə üzrə büdcəni müəyyənləşdirmək, büdcə xərcləri üzrə hesabat vermək; · Sosial media və rəqəmsal marketinq sahəsində ən son tendensiya, yenilik və texnologiyalardan xəbərdar olmaq.   Məşğulluq:   · Tam iş qrafiki, həftə içi 5 gün, 09:00-18:00; · Əmək haqqı müsahibə zamanı namizədin təcrübəsinə əsasən razılaşdırılacaqdır. Uyğun namizədlərdən [email protected] ünvanına mövzu bölməsində vəzifənin adı (SMM Mütəxəssis) göstərilməklə 05.10.2021-ci il tarixədək göndərməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Sizi komandamızda görməkdən məmnun olarıq!

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az