Çərşənbə, 30 İyul, 2025

SMM üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı


  • Dərc edildi: 30 İyul, 2025 - 16:42
SMM üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı

SMM üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı

 

SMM (Sosial Media Marketinq) üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı:
Vision Academy tərəfindən təşkil olunan 2 aylıq Sosial Media Marketinq üzrə Təlim Təcrübə Proqramına qeydiyyat davam edir.


1) Kimlər müraciət edə bilər?

  • Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
  • Yaş həddi: 21-35.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
  • Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
  • Sosial media marketinq mütəxəssisi olmaq və bu sahədə praktiki bacarıq qazanmaq istəyən ali təhsilli şəxslər.
  •  Kreativ, ünsiyyətcil və sosial media platformalarında fəal olan şəxslər.
  •  Rəqəmsal marketinq sahəsində karyera qurmaq istəyənlər.

2) Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

A. Sosial Media Strategiyası və Planlaşdırma:

  • Sosial media platformalarının xüsusiyyətləri.
  • Kontent planının hazırlanması və idarə olunması.
  • Hədəf auditoriyanın müəyyənləşdirilməsi.
  • Reklam kampaniyalarının təşkili və izlənməsi.

B. Kontent Yaratma və İdarəetmə:

  • Kreativ kontent və vizualların hazırlanması.
  • Copywriting və mesajlaşma texnikaları.
  • Sosial media üçün foto və video materialların redaktəsi.
  • Postların optimallaşdırılması və vaxtında yayımlanması.

C.  Analitika və Hesabatlıq:

  • Sosial media analitika alətləri (Facebook Insights, Instagram Analytics və s.).
  • Kampaniya nəticələrinin qiymətləndirilməsi.
  • Rəqəmsal performans göstəricilərinin təhlili.
  • Hesabatların hazırlanması və təqdimatı.

3) Bu Proqram Sizə Nələri Qazandıracaq?

  • Təlim təcrübə proqramı tam ödənişsizdir.
  • Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
  • Təlim təcrübə proqramı 2 ay davam edəcək.
  • Təlim təcrübə proqramı hər gün 4 saat və həftədə  5 dəfə olmaqla , ümumilikdə   176 saat olacaq.
  • 2 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
  • Praktiki Təcrübə – Real sosial media hesablarının idarə olunması və kampaniyalar üzərində iş.
  •  Fərdi Mentor Dəstəyi – Təcrübəli sosial media mütəxəssislərindən rəhbərlik və dəstək.
  •  Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
  • Sertifikat – Proqramı uğurla bitirənlərə təqdim olunur
  • Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.

Qeydiyyat üçün linkə daxil olaraq forumu doldura bilərsiniz: 

https://forms.gle/4Ws1hZTjw9tRkP7u7

 

Şirkət: Vision Academy

Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.

 Veb sayt: www.visionacademy.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 262
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 865
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 740
Azərbaycan Texnologi...