SMM Vakansiyası

Öhdəliklər:

– Şirkətin sosial şəbəkə hesablarının (Facebook, İnstagram) idarə edilməsi
– Paylaşılan məzmunun qrammatik cəhətdən düzgünlüyünün, məntiqi və anlaşılan olmasının təmin edilməsi
– Online platformalarda şirkətlə yaxud şirkətə yaxud şirkətin hər hansı məhsulu barədə ünvanlanan sualların cavablandırılması
– Şirkətin təqdim etdiyi hər bir məhsulun reklamının təşkil edilməsi
– SMM strategiyasının hazırlanması və həyata keçirilməsi

Tələblər:

– Social Media Marketing (SMM) üzrə bilik və təcrübə (minimum 1 il)
– Vicdanlı, enerjili, dəqiq, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli
– Komandada işləmək qabiliyyəti
– MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarında işləmə bacarığı
– Azərbaycan dili səlis yazı və danışma bacarığı, Rus dili biliyi üstünlükdür
– Dijital analitika (Google Analytics, Facebook Pixels) üzrə biliklərin olması üstünlükdür.

Qeyd olunan tələblərə cavab verən namizədlər anket məlumatlarını (CV), subject/ mövzu hissəsində “SMM Edumap.az” qeyd etməklə [email protected] və ya [email protected] ünvanına göndərə bilərsiniz.

Bir cavab yazın

Back to top button