14 İyun 11:16

SOCAR-AQŞ MMC tələbələr üçün Təcrübə Proqramı elan edir

Təcrübə Proqramının məqsədi neft  və qaz sektorunda karyera qurmaq arzusunda olan tələbələrə müəssisənin müxtəlif struktur bölmələrinin işlərində yaxından iştirak edərək, təcrübə qazanmaq imkanı yaratmaqdır. Bununla yanaşı, müəssisə, bu proqramlar vasitəsilə Təcrübə Proqramını uğurla keçmiş tələbələri gələcəkdə potensial işçi kimi dəyərləndirir. Proqram Azərbaycanın ali təhsil müəssisələri üçün açıq elan edilir. Təcrübə proqramı SOCAR-AQŞ-nin aşağıdakı struktur bölmələrini əhatə edir.

 Qazma Mühəndisliyi şöbəsi;
 Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi şöbəsi;

 Geoloji şöbə;
 Texniki xidmət (Energetika, Mexanika);
 İnsan resursları şöbəsi;
 Təlim və təkmilləşdirmə şöbəsi;
 Təchizat şöbəsi;
 Maliyyə şöbəsi;
 İdarəetmə sistemləri şöbəsi;

Təcrübə Proqramında iştirak etmək üçün  ərizələrin qəbulu 15 iyun 2016-ci il tarixinə kimi davam edəcək. Proqrama təhsil müəssisələrinin 3-cü və 4-cü kurslarında və magistr dərəcəsində təhsil alan tələbələr müraciət edə bilərlər. Maraqlanan tələbələrdən müəssisənin müvafiq anket formasını yazıb doldurduqdan sonra həmin formanın skan olunmuş variantını [email protected] elektron poçt ünvanına 15 iyun 2016-ci il tarixinə kimi göndərmələri xahiş olunur.
Ərizə formasını müəssisənin veb səhifəsindən, ‘’Karyera mərkəzi’’ bölümündən yükləyə bilərsiniz (www. socar-aqs.com ). Anket formasını göndərərkən elektron məktubun «mövzu» (subject) yerinə mütləq «Təcrübə Proqramı» və müraciət olunan struktur bölmənin adını qeyd etmək tələb olunur.
Son müraciət tarixinə qədər daxil olmuş anketlər diqqətlə nəzərdən keçiriləcək və seçilmiş tələbələr sınaq imtahanına və yekun müsahibəyə dəvət olunacaqlar. Təcrübə Proqramını uğurla bitirən tələbələrə müəssisə tərəfindən sertifikat təqdim olunacaq.

Bəyən və paylaş

Rəylər

rəy(lər)