SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlandı

Çox PisPisNormalYaxşıÇox Yaxşı (4 Bal, Təqribi: 4,00 Ümumi 5)
Loading...
Müsabiqə 2016-2017-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr pilləsinin əyani şöbəsinin 2-ci, 3-cü və 4-cü kurslarında, magistratura pilləsinin isə əyani və ya qiyabi şöbələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələri arasında keçirilir. Proqrama müraciət etmək istəyən tələbələr şərtlər və suallar bölməsi ilə tanış olduqdan sonra ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.

Tələbələrin nəzərinə

  1. Qafqaz Universitetinin bakalavr pilləsinin tələbələri qeydiyyat formasının “Kurs” bölməsini hazırlıq ili nəzərə alınmadan seçməlidirlər.
  2. Bakalavr 1-ci kursda təhsil alan tələbələrin namizdəliyinə baxılmayacaqdır.
  3. Magistraturanın qiyabi şöbəsində təhsil alan tələbələr müsabiqədə iştirak edə bilərlər. Bu qayda bakalavriatura pilləsi üzrə təhsil alan tələbələrə aid deyil..
  4. Əvvəllər digər kommersiya təşkilatlarının təqaüdünü almış, lakin bu semestrdə hər hansı kommersiya şirkətinin təqaüdünü almayan tələbələr müsabiqədə iştirak edə bilərlər.
  5. 4-cü kursu bitirib, magistr statusu olmayanlar müsabiqədə iştirak edə bilməzlər. Yəni müsabiqə yalnız tələbə statusu (bakalavr və ya magistr) olanlar arasında keçirilir.
  6. SOCAR-da daimi işlə təmin olunmuş və hazırda təhsilini davam etdirən tələbələr müsabiqədə iştirak edə bilməzlər.
  7. Qeydiyyata düşdüyünüz barədə elektron poçtunuza bildirişi aldıqdan sonra 4 iş günü müddətində adınız namizədlər siyahısında qeyd olunacaq. Bu siyahıda səhv məlumat olarsa, [email protected] e-mail ünvanına məlumat verməyiniz xahiş olunur
  8. Rəsmi transkript əvəzinə qiymət kitabçasını göndərən iddiaçıların sənədləri qəbul olunmayacaq.

Qeydiyyat

Qeyd: Qiymətlər yalnız rəsmi transkript əsasında qəbul olunur (Qiymət kitabçası nəzərə alınmayacaqdır.)

Son qeydiyyat tarixi: saat 17:00, 07 mart 2017-ci il

Cavab yaz

Please enter your comment!
Please enter your name here