SOCAR İnsan resurslarının idarə edilməsi üzrə “Ödənişli Təcrübə Proqramı” elan edir

SOCAR Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşı olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, təşəbbüskar, komandada işləməyi bacaran, ixtisasını sevən və yüksək ixtisas biliklərinə sahib gənclərə neft və qaz sənayesində insan resurslarının idarə edilməsi sahəsi üzrə istehsalat təcrübəsi keçmək imkanı yaradır. Gənclərin ödənişli istehsalat təcrübəsi SOCAR-ın tərkibində olan müəssisə və təşkilatlarda 3 ay təcrübə müddəti olmaqla təşkil ediləcəkdir. SOCAR-ın strukturuna daxil olan qurumlarda ödənişli istehsalat təcrübəsi keçən gənclərə 250 AZN (vergilər daxil olmaqla) məbləğində ödəniş nəzərdə tutulmuşdur. Təcrübə müddətinin sonunda bütün təcrübəçilərə fəaliyyətləri barədə istehsalat xasiyyətnaməsinin təqdim olunması, fəaliyyəti barədə müsbət rəy almış və SOCAR-da işləmək arzusu olan gənclərin müsahibə yolu ilə Kadr Ehtiyatı Bazasına (KEB) daxil edilməsi və kadr tələbatına uyğun olaraq müvafiq vakant yerlər yaranarsa KEB-də olan namizədlərin işlə təmin olunma məsələsinə baxılması nəzərdə tutulmuşdur. Təcrübəyə Azərbaycan Respublikası və xarici ölkələrin ali təhsil müəssisələrində (Bakı Ali Neft Məktəbi istisna olmaqla) magistratura pilləsində təhsil alan tələbələr, həmçinin magistratura pilləsində təhsilini başa vurmuş məzunlar müraciət edə bilərlər. Gənclərin ödənişli istehsalat təcrübəsi proqramında iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan bütün tələblərə cavab verməlidir:
  • Azərbaycan Respublikasının vətəndaşı olan;
  • Tələb olunan bakalavr ixtisasları* üzrə təhsilini bitirmiş və tələb olunan ixtisaslaşma** üzrə magistratura pilləsində təhsilini davam edən tələbələr və ya son 3 tədris ilində bitirmiş məzunlar proqramda iştirak edə bilərlər;
  • Bakalavr və magistr ixtisaslarının hər ikisi üzrə tələblərə cavab verən iddiaçılar növbəti mərhələyə buraxılacaqlar.
Təcrübəyə seçim müsabiqə əsasında və 2 mərhələdən ibarət olmaqla həyata keçirilir:
  • I mərhələ - Müsabiqəyə müraciət edənlərin ixtisas, məntiqi təfəkkür, kompüter bilikləri və SOCAR və Azərbaycan haqqında biliklərinin yoxlanılması məqsədilə test imtahanı;
  • II mərhələ - müvafiq keçid balını toplayanlar üçün müsahibələr.
Gənclərin istehsalat təcrübəsi proqramında iştirak etmək üçün iddiaçılar fərdi qaydada aşağıdakı keçid üzrə elektron müraciət etməlidirlər. “SOCAR-da Ödənişli İstehsalat Təcrübə Proqramı” ilə əlaqədar əlavə suallarınız olarsa [email protected] ünvanına göndərə və ya 0125213405 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilərsin Qeydiyyat Son müraciət tarixi: 06.08.2021

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az