29 Aprel 11:37

“SOCAR Polymer”də təcrübə proqramı

İstehsalat praktikası proqramı

“SOCAR Polymer”in təcrübə proqramında iştirak etmək üçün etdiyiniz müraciət sizin yeni maraqlı bir karyeraya doğru atdığınız ilk addım ola bilər. Biz həmişə şirkətimizə qoşularaq ümumi işimizi irəli aparmaqda bizə kömək etmək istəyən gənclərin axtarışındayıq. Kollektivə qoşulduqdan sonra sizin hər biriniz öz sahəsində peşəkar olan mütəxəssislərlə çiyin-çiyinə işləyərək maraqlarınız və bacarıqlarınıza uyğun olaraq seçilən real layihələrdə tam həcmdə iştirak edəcəksiniz. Bu yolda supervayzeriniz və kuratorunuz sizə birbaşa dəstək olacaq, siz isə təcrübədən maksimum fayda əldə etmək üçün proqram boyunca gördüyünüz işləri müntəzəm olaraq qiymətləndirəcəksiniz. Təcrübə proqramının sonunda əldə etdiyiniz əmək göstəricilərini kuratorunuz və/və ya supervayzerinizlə birgə qiymətləndirəcəksiniz. Sizdən həm də layihə haqqında yekun təqdimat hazırlamaq tələb olunacaq. Təcrübə proqramını müvəffəqiyyətlə başa vursanız, sizə şirkətdə tam və ya yarım-ştat iş təklif oluna bilər.

“SOCAR Polymer”in Yay Təcrübəsi Proqramı yuxarı kurs tələbələrinə öz nəzəri biliklərini praktikada tətbiq etmək, ünsiyyət qurmaq bacarıqları artırmaq və liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün imkan verir. 2016-cı ildə ilk dəfə təşkil edildikdən bəri Yay Təcrübə Proqramında iştirak etmək üçün verilən ərizələrin sayı üç dəfə artmışdır.

Səkkiz həftə ərzində seçim mərhələsindən keçmiş namizədlər şirkətin proses və prosedurlarını öyrənəcək, yeni bilik və bacarıqlar əldə edəcək və korporativ fəaliyyətdə iştirak edəcək. Proqramın əvvəlində məcburi qaydada keçirilən tanışlıq kursundan sonra təcrübəçilər “SOCAR Polymer” zavodlarında və ya şirkətin Sumqayıt şəhərindəki ofisində işləmək üçün qruplara bölünəcək və müxtəlif konkret layihələr üzərində işləyən kollektivlərinə qoşulacaq.

Real dünyanın problemlərinə sinə gəlmək və işgüzar fəaliyyətin fasiləsiz olmasını təmin etmək üçün “SOCAR Polymer”in müasir bilik və bacarıqlara malik olan yeni nəsil mütəxəssislərə ehtiyac vardır. Bilavasitə iş yerlərində keçirilən intensiv təlim kurslarımız nəticə etibarı ilə sizin işədüzəlmə imkanlarınızı artıracaq və karyera artımınıza kömək edəcək.

“SOCAR Polymer”də təcrübəçi olmaq üçün siz konkret fəaliyyət sahəsi seçməlisiniz. Azərbaycan vətəndaşlarına hesablanmış yay təcrübə kurslarında 2019-cu ilin yayında bakalavr dərəcəsi almağa hazırlaşan tələbələrin, habelə magistraturanın 1 və 2-ci kurs tələbələrinin iştirak etmək hüququ var. Aşağıda qeyd olunmuş təlimatları addım-addım yerinə yetirərək sizi maraqlandıran ixtisas/vəzifə üzrə təcrübə keçmək üçün ərizə verə bilərsiniz.
ƏRİZƏLƏRİN ONLAYN REJİMDƏ TƏQDİM OLUNMASI

Siyahıdan sızın maraq və peşəkar meyllərinizə cavab verən əsas sahəni seçin. Onlayn rejimdə doldurulan ərizənizə tərcümeyi-halınızı və ya CV-nizi əlavə edin. Proses təqribən 30 dəqiqə çəkir. Diqqətinizə çatdırırıq ki, baxılmaq üçün yalnız bütün xanaları doldurulmuş və tələb olunan sənədlər əlavə olunmuş ərizələr qəbul olunacaq. Doldurulmuş formanı göndərdikdən sonra siz elektron poçt vasitəsi ilə ərizənizin baxılmaq üçün qəbul olunduğu barədə bildiriş alacaqsınız.

NÖVBƏTİ MƏRHƏLƏLƏR

İngilis dili imtahanı: Proqramın tələblərinə uyğunluq yoxlamasından keçdikdən sonra namizəd ingilis dili biliklərinin səviyyəsini müəyyən etmək məqsədi ilə imtahan verməyə dəvət olunur.

Riyazi təfəkkür imtahanı: İngilis dili biliklərinin səviyyəsi müəyyən edildikdən sonra namizəd riyazi təfəkkür imtahanına dəvət olunur.

Müsahibə:  Daha sonra namizəd onlayn və ya birbaşa canlı müsahibəyə dəvət olunur. Həmin müsahibədə namizədə həm seçdiyi vəzifə/ixtisas üzrə bacarıq səviyyəsini yoxlamaq üçün konkret texniki suallar, həm də kollektivdə çalışmaq qabiliyyətini və “SOCAR Polymer” şirkətinin əsas dəyərlər sisteminin tələblərinə uyğunluğunu müəyyən etmək üçün sırf şəxsi suallar veriləcək.

Təklif: Nəhayət, yoxlamanı uğurla keçən namizədlər Təcrübə Proqramında iştirak etmək üçün dəvət alacaq.

Qeyd: Ərizə formasında aktiv olmayan telefon nömrələri qeyd etməyin və elektron poçt ünvanlarının yazılışında orfoqrafik səhvlərə yol verməyin! Ərizə formasını doldurarkən müvafiq xanalar ən son məlumatları yazdığınızdan əmin olun. 

Qeyd:  SOCAR Polymer şirkətində işləmək istəyən gənc mütəxəssislərin seçimi prosesində meyarlardan biri ingilis dilində rahat anlaşmaq, yazıb və oxumaq qabiliyyəti olduğuna görə, aşağıdakı cədvəldə təcrübə sahələrinin təsviri ingilis dilində təqdim olunmuşdur. 

Requisition IDTitleLocationStart DateEnd Date
0022Accounting InternSumqayıt04 Aprel, 201930 Aprel, 2019
0023Budget & Control InternSumqayıt04 Aprel, 201930 Aprel, 2019
0035Electrical Engineering InternSumqayıt04 Aprel, 201930 Aprel, 2019
0021Finance InternSumgayit04 Aprel, 201930 Aprel, 2019
0025Human Resources InternSumqayıt04 Aprel, 201930 Aprel, 2019
0029Information Technology (ERP)
 InternSumqayıt04 Aprel, 201930 Aprel, 2019
0036Instrument & Control InternSumqayıt04 Aprel, 201930 Aprel, 2019
0027Integrated Planning InternSumqayıt04 Aprel, 201930 Aprel, 2019
0026Learning & Development InternSumqayıt04 Aprel, 201930 Aprel, 2019
0024Legal InternSumqayıt04 Aprel, 201930 Aprel, 2019
0037Logistics InternSumqayıt04 Aprel, 201930 Aprel, 2019
0033Mechanical Engineering InternSumqayıt04 Aprel, 201930 Aprel, 2019
0032Piping Engineering InternSumqayıt04 Aprel, 201930 Aprel, 2019
0034Process Engineering InternSumqayıt04 Aprel, 201930 Aprel, 2019
0028Procurement InternSumqayıt04 Aprel, 201930 Aprel, 2019
0030Public Relations InternSumqayıt04 Aprel, 201930 Aprel, 2019
0031Quality Assurance Engineering InternSumqayıt04 Aprel, 201930 Aprel, 2019

Manage your application

To be able to apply for a vacant role, please create a profile first. If you already have a registered account, sign in to access your personal application area.

LOGIN OR REGISTER HERE

Bəyən və paylaş

Rəylər

rəy(lər)