Social Media Manager vakansiyası

About the job

Impler Digital kommunikasiya agentliyi Sosial Media meneceri vakansiyası elan edir. Komandamıza qoşulacaq yeni əməkdaş müxtəlif sosial media səhifələrinin idarə olunmasına – kontent planların hazırlanmasından başlayaraq, kreativ postların təklif edilməsi və ümumiyyətlə səhifələrin inkişafı ilə bağlı müxtəlif işlərə cavabdeh olacaq. Vəzifə öhdəlikləri: - Facebook, Instagram, Linkedin, Tiktok kimi sosial media şəbəkələrində hesabların idarə olunması; - Sosial Media üçün kontent yaratmaq (mətn, foto, video) və sosial mediada yerləşdirmək; - Video icmallar, video izahlar üçün ideyalar təklif etmək; - Dizayner, fotoqraf və videoqraf ilə birgə vizual materialın hazırlanmasında iştirak etmək; - Sosial Media üçün kreativ post ideyaları vermək, postlar üçün yazılar hazırlamaq; Tələbər: - Mükəmməl Azərbaycan dili; - Ən azı bir xarici dili (rus və ya ingilis) sərbəst şəkildə bilmək; - Bu sahə üzrə ən azı 1 illik iş təcrübəsi (reklam və ya sosial media agentliyində iş təcrübəsi üstünlükdür); - Yaş və cinslə bağlı heç bir məhdudiyyət yoxdur. Portret: - Məsuliyyətli, punktual və komandada işləməyi bacaran; - Yenilikləri və trendləri izləyən; - Oxumağı, yazmağı və araşdarmağı xoşlayan; - Daima inkişaf etməyi qarşısına məqsəd qoyan; - Planlama və idarəetmə ilə arası yaxşı olan. Biz vəd edirik: - 600-1000 maaş (təcrübəsinə uyğun təyin olunacaq); - Maaşdan əlavə 50% həcmində 13-cü maaş bonus; - Şəhərin mərkəzində yerləşən ofis; - Pozitiv, ünsiyyətcil komanda və peşəkar iş mühiti; - İşləmək üçün rahat Macbook Air noutbuku; - Qlobal və aparıcı yerli brendlərlə müxtəlif layihələrdə öz potensialını reallaşdırmaq imkanları. Müraciət: Müraciət üçün CV və Portfolionu [email protected] ünvanına göndərə bilərsiniz. Məktubun başlığı: Elə başlıq olsun ki, sizi fərqləndirsin. Portfoliosuz və standart başlıqlı məktublara baxılmayacaq. Seçim qaydası: Uyğun namizədlərlə CV göndərdiyi andan etibarən 72 saat ərzində əlaqə saxlanılacaq. Elan müvafiq namizəd tapılana kimi qüvvədədir.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az