Social Media&Photography Basics

AZE: Sosial Media və Fotografiya təlimi bu sahədə özünə yer qazanmaq istəyən yaxud bu sahə ilə marağlanan şəxsləri bir araya toplayacaq. Ərizələrin arasından 16-21 yaş arası 15 tələbə seçiləcək. İştirakçılar sosial medianın hiyləgər detallarını və məqamlarını öyrənəcəklər. Təlim 22 Yanvar 10:30-dan 15:00-a kimi keçiriləcək. İştirakçılar eləcə də komanda işi və liderlik qabiliyyətlərini öyrənəcəklər.

Bizim xüsusi qonaq ABŞ-dan olan fotoqraf Jim Turner olacaq. O öz fotoqraf təcrübəsi haqqında iştirakçılara daha ətraflı məlumat verəcək. Təlimin sonunda iştirakçılar komandalara bölünərək qrup prezentasiyaları edəcəklər. Məsləhət görülür ki təlimdən sonrakı zaman iştirakçılar hər hansı təhsil və ya təşkilat müəssisələrində əldə etdikləri bilikləri müxtəlif yollarla digərləri ilə bölüşsünlər. Təlim ingilis dilində keçiriləcək.

Təlimdə iştirak etmək üçün bu ərizəni doldurun:
https://docs.google.com/forms/d/1d8UQai75UdotdaDN1YSsefcev7aOF7UavL_ZpqVdbNk/viewform

Bir cavab yazın

Back to top button