Sofar Sounds Baku’nun 7-ci konsertinə qeydiyyat davam edir

Bakıda keçirilən və hər kəs tərəfindən maraqla qarşılanan Sofar Sounds Baku, növbəti konsertini keçirməyə hazırlaşır. 22 oktyabr 15:00da keçiriləcək Sofar Baku konsertinə qeydiyyat başlanıb.

Sofar Sounds (Songs From A Room) Londonda fəaliyyətə başlayan bir musiqi hərəkatıdır. Hal-hazırda Bakı da daxil olmaqla 40-dan çox ölkədə və 300-dən çox şəhərdə fəaliyyət göstərir.

Sofar konsertlərinin digər konsertlərdən fərqi onun evlərdə, səmimi bir mühitdə təşkil olunmalarıdır.İzləyicilər konsert zamanı yemək yemir, mesajlaşmır, danışmır və ortalıqda gəzişmir. Bütün diqqət musiqidən həzz almağa toplanır.

Konsertlərin tarixi və məkanı konsertə bir gün qeydiyyatdan keçən şəxslərə mail vasitəsilə çatdırılır.

Sofar Sounds Baku ölkəmizdə keyfiyyətli və gözəl musiqisi ilə fərqlənən, çox da populyar olmayan insanların kəşf edilməsinə məqsədlənən bir qurumdur.

Növbəti konsertə qeydiyyatdan keçmək üçün www.sofarsounds.com/baku saytına daxil olmaq lazımdır.

Bir cavab yazın

Back to top button