21 Oktyabr 13:48

Söhrab Kaşani / SAZMANAB: Başqa mühitlə əlaqə yaradaraq

YARAT Müasir İncəsənət Mərkəzi SAZMANAB qeyri-kommersiya incəsənət məkanının təsisçi direktoru və kuratoru Söhrab Kaşani ilə görüş tədbirinə ev sahibliyi etməsini qürur hissi ilə elan edir.

Müzakirə SAZMANAB-da illər boyu aparılmış proqramlar təcrübəsi, xüsusilə də beynəlxalq proqramlar və rezidentura barəsində olacaqdır.

Söhrab Kaşani İranın Tehran şəhərində yaşayıb-yaradan çoxşaxəli rəssam və incəsənət kuratorudur.

SAZMANAB 2008-ci ildə rəsmi təsis edildikdən bəri, 2011 və 2012-ci illər boyunca digər təsisatlar, muzeylər, qalereyalar və kuratorlar ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirmişdir.

Tədbir ingilis dilində Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcəkdir.
24 oktyabr saat 19:00

Ünvan:Yarat Centre
Giriş sərbəstdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)