14 İyul 23:42

“Şollar unikal su qurğusu” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

16 mart 2017-ci il tarixində AMEA-nın və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Şollar unikal su qurğusu” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Tədbir “Şollar-Bakı Su Qurğular Kompleksi”nin 100 illiyi ilə əlaqədar təşkil olunacaq.

Konfransda iştirak etmək istəyənlər məruzələrinin tezislərini 01 dekabr 2016-cı il tarixinədək konfransın Təşkilat Komitəsinə göndərə bilərlər.

Məruzələrin tərtibatına dair tələblər: 

– Mətnlər Word-A4 formatında 3-5 səhifə həcmində olmalıdır;

– Times New Roman, 12 şrift, interval 1 sm, yuxarı və aşağıdan 2 sm, sağdan 1,5 sm, soldan 2,5 sm yazılmalıdır;

– Müəllifin adı, soyadı, atasının adı, çalışdığı təşkilatın adı və elektron adresi səhifənin yuxarısında yazılmalıdır;

– Ədəbiyyat siyahısı və məqalədə onlara istinadlar edilməlidir;

– Məqalələrin mətni elektron formada təqdim olunmalıdır;

– Məqalələr Azərbaycan, ingilis və rus dillərində yazıla bilər.

E-mail: [email protected][email protected]

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)