Sonda işlə təmin ediləcək təcrübə proqramı!

İşləmək arzusunda olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, təşəbbüskar, komandada işləməyi bacaran, yüksək ixtisas biliklərinə sahib gənclər üçün müxtəlif sahələr üzrə təcrübə proqramı elan edirik!

Təcrübə proqramının seçimi testləşdirmə və bir neçə mərhələdən ibarət olmaqla müsahibə əsasında həyata keçirilir:

1. Testləşdirmə – Məntiqi təfəkkür; Psixoloji; Dil və Komputer biliklərinin yoxlanılması məqsədilə test imtahanları

2. Müsahibə.

Müsahibə və testlərdən uğurla keçən namizədlərə 4 həftəlik təcrübə müddəti təyin olunur. Həmin müddət ərzində təlim keçiriləcək. Təlim sonunda iştirakçılar imtahan olunacaq. Yetərli bal toplayan şəxslər sonda işlə təmin olunacaqlar.

Təcrübə proqramında iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan bütün tələblərə cavab verməlidir:

  • Azərbaycan Respublikasının vətəndaşı
  • Ali təhsil
  • Səlis nitq
  • Əlavə dil bilgiləri (intermediate)
  • Sərbəst şəkildə komputer biliyi (Microsoft office – intermediate)
  • Məntiqi təfəkkür
  • Yüksək emosional zəka

Ofis XIRDALANda yerləşdiyi üçün yaxın ərazilərdən namizədlərin müraciət etməsi daha arzu ediləndir.

Qeyd: Pandemiya ilə əlaqədar olaraq 4 həftəlik təcrübə müddəti online (Zoom proqramı) şəkildə həyata keçiriləcəkdir.

Təcrübə proqramına qoşulmaq istəyənlərdən [email protected] ünvanına CV formalarını göndərərkən mövzu yerində “Təcrübə proqramı Edumap.az” qeyd etmələri xahiş olunur

Bir cavab yazın

Back to top button
Close