“SOS Uşaq Kəndləri” könüllü olaraq çalışmaq istəyən gənclərin nəzərinə!

“SOS Uşaq Kəndləri” könüllü olaraq çalışmaq istəyən gənclərin nəzərinə!

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi sizin üçün bu imkanı yaradır!

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və Gəncə SOS Uşaq Kəndlərinin” tərəfdaşlığı ilə uşaqların yay tətilinin səmərəli təşkil etmək məqsədilə “SOS Könüllülük Proqramını” həyata keçirəcək.
Proqramın müddəti 2 həftə olmaqla hər qrupda 5 nəfər könüllü həftənin 3 günü saat 16:00-dan 19:00-dək davam edəcək. Proqram davamlı olaraq 4 qrupla təşkil olunacaq.

“SOS Könüllülük Proqramınının” məqsədi uşaqların yay tətillərini səmərəli təşkil etmək və onlara komanda da işləmə bacarığı, dünyagörüşlərinin artması üçün faydalı olacaq məlumatlar verməkdir. Könüllü gənclər isə 16 yaşadək olan uşaqlarla işləmə təcrübəsi əldə edəcəklər. Həmçinin asudə vaxtlarını maraqlı və əyləncəli keçirəcəklər.

Müraciət üçün son tarix: 16 iyul 2016

I qrup – 11 – 25 iyul
II qrup – 25 iyul – 8 avqust
III qrup – 8 avqust – 22 avqust
IV qrup – 22 avqust – 5 sentyabr

Qeydiyyat

Bir cavab yazın

Back to top button